Insan alverində təqsirli bilinən Lətifə Ağayevanın cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.2-ci (insan alveri, eyni əməllər təkrar törədilikdə) və 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə) maddələri ilə ittiham edilən L.Ağayevanın məhkəmə prosesinə hakim Azər Paşayev sədrlik edəcək.
İttihama görə, Lətifə Ağayeva Azərbaycan vətəndaşı olan 4 qadını- O.Ə.Məmmədovanı, F.O.İmamquliyevanı, A.M.Paşayevanı və X.E.Omarovanı Türkiyəyə aparıb və orada cinsi istismara məruz qoyub.
Lətifə Ağayeva İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. /Yeni Sabah/