Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirləndirilən Fidan Babayevanın cinayət işi üzrə cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.az bildirir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, F. Babayevaya şərti cəza verilib.
Qeyd edək ki, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Fidan Babayeva Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.
Məlum olub ki, o, bir neçə qadını Türkiyəyə apararaq cinsi istismara məruz qoyub. F.Babayeva bu əməlləri 2006-2008-ci illərdə törədib.
Türkiyədən qayıdan zərərçəkmiş qadınlar baş idarəyə şikayət edib.
Şikayət əsasında 2009-cu ildən F.Babayevanın barəsində "İnterpol" kanalları vasitəsilə axtarış elan edilib. O, ötən il saxlanılıb.
Cinayət işində 3 zərərçəkmiş qadın var.