Dövlət Miqrasiya Xidməti fəaliyyətini məhdudlaşdırıb.
Bu barədə məlumatı Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov sosial şəbəkə hesabında paylaşıb.
O bildirib ki, qəbul şöbələrinin fəaliyyəti məhdudlaşdırıldığı üçün Miqrasiya Xidmətlərinin əldə edilməsi ilə bağlı müraciətlər müvəqqəti olaraq aşağıdakı formada tövsiyə edilir:
“ Olduğu yer üzrə qeydiyyat, iş/yaşama icazələri, müvəqqəti olma müddətinin uzadılması, vətəndaşlıq mənsubiyyətin müəyyən edilməsi, vətəndaşlığa, qəbul, bərpa, xitam və digər müraciətlər Xidmətin internet səhifəsi üzərindən elektron qaydada edilə bilər. Qəbul şöbəsinə gətirmək istədiyiniz sənədlər skan edilir və e-poçt formasında göndərilir.
Miqrasiya Xidməti bayram günlərində də tam iş saatında fəaliyyət göstərəcək və müraciətlər cavablandırılacaq. Ölkədə olma müddəti bayram günlərində bitən şəxslər həmin günlərdə müraciət edə bilər.
Daimi yaşama icazəsinin alınması ilə bağlı müraciət edən şəxslər üçün Azərbaycan dili üzrə hazırlıq kursları müvəqqəti dayandırılıb. Hazırlaşmaq istəyən şəxslər hazırlıq materialı və istiqamət üçün (012) 5663774 nömrəsi ilə əlaqə saxlaya bilər.
Ümumən xüsusi zərurət yoxdursa, yaxın günlərdə qəbul şöbələrinə fiziki müraciətlərin azaldılmasını xahiş edirik.
Müraciətlərlə bağlı və ya ümumən Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı hər məsələni dəqiqləşdirmək üçün fasiləsiz rejimdə işləyən 919 Çağrı Mərkəzi ilə əlaqə yaratmağınız xahiş olunur”. /Yeni Sabah/