Bakıda sürücülərə vacib XƏBƏRDARLIQ — Sürət həddi endirilib
Paytaxtda müşahidə olunan qatı dumanla əlaqədar Heydər Əliyev prospekti - Hava limanı və Zığ dairəsi - Hava limanı avtomagistrallarında sürət həddi zolaqlar üzrə müvafiq olaraq endirilib. Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, elektron məlumat tablolarında “duman” işarəsi qoyulub. Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsziliyini təmin etməkdir.