Koronavirus bu ölkəyə də çatdı

Koronavirus bu ölkəyə də çatdı Niderland hökuməti ölkədə koronavirusa ilk yoluxma faktını qeydə alıb. “Qafqazinfo”nun “TASS”a istinadən məlumatına görə, bu barədə Niderlandın Milli Səhiyyə və Ətraf Mühit Nazirliyi məlumat yayıb.

Qurum bildirir ki, söhbət Tilburq şəhərindən olan kişidən gedir. O, bu yaxınlarda koronavirusun yayıldığı İtaliyanın Lombardiya vilayətində olub.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının ən son məlumatına görə, Çindən kənarda koronavirusa yoluxanların sayı 3664 nəfərə çatıb, 57 nəfər dünyasını dəyişib. Bütün dünyada ölümcül virusa yoluxanların sayı 82294-dür.

Oxşar xəbərlər