Ekoloqdan QORXUNC İDDİA: “Əhalini azaltmaq üçün meteoroloji silahdan istifadə edirlər”

Ekoloqdan QORXUNC İDDİA: “Əhalini azaltmaq üçün meteoroloji silahdan istifadə edirlər” “Demoqrafik vəziyyəti dəyişmək üçün iqlim şəraiti məqsədli şəkildə dəyişdirilir”.

Bunu Cebhe.info-ya açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov qış fəslində havaların iyun-iyul aylarındakı kimi isti keçməsinə münasibət bildirərkə deyib:

“Qış mövsümündə havanın temperaturunun normadan artıq olması epidemiya xəstəliklərin yayılmasına səbəb olacaq. Bunun da əsəs səbəbi meteoroloji silahlardan istifadə edilməsidir. Məqsəd isə yer kürəsində yaşayan insan sayını azaltmaqdır. Yəni demoqrafik vəziyyəti süni yolla dəyişmək istəyirlər. Bu siyasət çoxdan həyata keçirilir. Dünyanın iki böyük güc mərkəzi olan Amerika və Rusiya arasında “kapital müharibəsi” gedir. Əsasən də Qərb dövlətləri dünyanı iki yerə bölüblər – varlı və yoxsul. Varllar yoxsul qismi məhv etməyə çalışır. Digər tərəfdən iqlimin quraq keçməsi torpaqların quraqlaşmasına və kənd təsərrüfatının məhvinə gətirib çıxaracaq. Əsas məqsəd isə insanların sayını minimuma endirməkdir”. Amma onlar bilməlidirlər ki, özləri də məhv olurlar”. 

Oxşar xəbərlər