Telman Zeynalov: “Hazırda ekoloji müharibə gedir, hava şəraitini dəyişən silahlar var”
Qışın ən soyuq ayı sayılan yanvarda əhali qar gözləsə də, Hidrometeorologiya Departamentindən yağmursuz hava proqnozu ilə bağlı məlumatlar verilməkdədir. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 8-də Bakıda və Abşeron yarımadasında buludlu havanın üstünlük təşkil edəcəyi, hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 7-10, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti təşkil edəcək.
Ötən il də Bakıya qar yağmadığı üçün bu durum insanlar narahat edir. Başlıca səbəb isə baş alıb gedən infeksiyalar, qrip viruslarıdır. Həmçinin bəzi bölgələrə qarın az yağması da kənd təsərrüfatında məhsuldarlığın az olması baxımından narahatedici məqam sayılır.
Nəzərə çatdıraq ki, ötən il də analoji vəziyyət idi.
Bəs, Bakıya, eləcə də ölkənin əksər bölgələrinə qar niyə yağmır?
AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu qlobal iqlim dəyişikliyi ilə əlaqədar baş verən məsələdir: “Bölgələrimizə artıq qar yağır. Bakıda isə ən soyuq qış yanvar ayının ikinci yarısı və fevral ayının birinci yarısıdır. İndidən Bakıya qar yağmayacağı ilə bağlı mülahizə yürütmək düzgün deyil. Fevralın 15-ə qədər olan dövr nisbətən daha soyuq olacaq. Hazırki hava şəraiti heç qış temperaturu deyil, çünki cənub istiqamətli hava kütlələri daxil olur. Bir neçə gündən sonra yəqin şimal istiqamətli hava kütləsi daxil olacaq və hava soyuyacaq. Ümumi fon gərək bir qədər soyuq olsun ki, qar dənəcikləri yaransın. Ancaq birmənalı olaraq demək olar ki, bu qış 2012-ci ilin qışı kimi sərt olmayacaq, nisbətən mülayim keçəcəyi gözlənilir”.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov da vurğuladı ki, qar yağmaması əkinçilik və kənd təsərrüfatı üçün zərərlidir: “Ancaq qar olmasa da yağış yağır. Qar torpaqda nəmliyi saxlamaq üçündür, çünki yağış yağır və buxarlanıb gedir. Yanvarın sonu və fevral ayına ümidlərimiz böyükdür ki, qar yağacaq. Qar olsa və bir həftə torpağın üstündə qalsa o yazda və yayda yaxşı məhsuldarlıq olması üçün kifayət edir. Ancaq məsələ ondadır ki, hər 60-70 ildən bir iqlim dəyişilir. Havalar tədricən soyuyur, qar olmasa da, hava 7-8 dərəcədən yuxarı qalxmır. Həmçinin o da faktdır ki, hazırda ekoloji müharibə gedir, iqlimi, hava şəraitini dəyişən silahlar var. Amerika və Rusiya kimi böyük dövlətlər bu cür silahlardan istifadə edir, küləyin istiqamətini dəyişə bilirlər”.
Əksər ekspertin ortaq fikri belədir ki, qış aylarında havaların mülayim keçməsi, qarın yağmaması iqlim dəyişmələri ilə bağlıdır. Mülayim hava şəraitinin fəsadlarını, xəstəliklərin artmasını və sairi də həyatımızda hiss edirik. Çünki qar mikroblar ölür, xəstəliklər azalır. Eyni zamanda, qarın yağması dağlarda su ehtiyatının yığılması deməkdir. İstilər düşəndən sonra qar əriyir, çaylarda ilboyu su olur və insanlar ondan suvarmada istifadə edirlər. O səbəbdən yanvar və fevral aylarında qarın yağması başlıca olaraq kənd təsərrüfatı üçün faydalı sayılır.
Türkiyəli ekspertlər isə bu qənaətdədirlər ki, şəhərdə torpaq səthlərin başdan başa asfaltla örtülməsi, avtomobillərin hərəkəti nəticəsində yaranan istilik, o cümlədən nəqliyyat vasitələrindən çıxan tüstü, binaların qızdırılması üçün qazanxanaların işləməsi və sair şəhərin üzərində bir istilik təbəqəsi formalaşdırır. Bu səbəbdən qar yağsa belə, yerə 1-1,5 km məsafə qalmış əriyir və yağışa çevrilir. Həmçinin atmosferdə həddindən artıq karbondioksid toplanması da temperaturu artırır və qarın yaranmasına mənfi təsir göstərir.