Paytaxtda son bir neçə ildə avtomobil kirayəsi ilə məşğul olan firmaların sayı artıb.
BAKU.TV xəbər verir ki, şirkətlərin müştəri sarıdan bir problemi olmasa da, maşınların sığortalanmasında vəziyyət heç də yaxşı deyil. Sahibkarlar bir çox hallarda avtomobilləri sığorta etdirə bilmədiklərini və bu işdə çətinlik çəkdiklərini bildirirlər.
Maşın icarəsi şirkətinin meneceri Təbriz İlyasov məsələyə belə münasibət bildirib:
“Bir çox hallarda olur ki, sığorta menecerləri yaxınlaşıq, şərtlərini deyirlər, biz razılaşırıq. bizi ofislərə dəvət edirlər.
Biz o ofislərə gedib hazır sənədlərə imza çəkmək üzrə olarkən artıq onların rəhbərliyindən xəbər gəlir ki, bu xüsusi riskli qrupa aiddir. bura taksi sürücüləri və icarə şirkətləridir ki, onların avtomobuillərinə risk eləmirlər. eliyə bildiklərimiz edirik eliyə bilmədiklərimizi isə sığorta etdirə bilmirik”
Avtomobillərin sığortalanmaması müştəriləri də narahat edir. Onlar əsasən də, bahalı maşını götürməkdə çətinlik çəkdiklərini deyirlər.
"Bahalı maşın icarəyə götürmək istədim. Ancaq sığortası olmadığı üçün imtina etdim"
Sığorta eksperti Xəyal Məmmədxanlının sözlərinə görə, maşın icarəyə verən şirkətlər xüsusi risk qrupuna aid edildiyi üçün sığorta partfeli olduqca zərərlidir. Ona görə də sığorta şirkətləri bir çox hallarda bu riskləri sığortalamaqdan imtina edirlər.
“Amma bizim sahibkarlarımız həmin qiymətə avtomobillərinin bir illik sığortasını tələb edirlər. Təbii ki, bu mümkün olan bir şey deyil. Çünki risk adi avtomobillərdən, yəni fiziki şəxslərə məxsus avtomobillərin riskindən dəfələrlə artıqdır. Təbii ki, risk nə qədər artıqdırsa sığorta haqqı da bir o qədər artıq olmalıdır”, - deyə Xəyal Məmmədxanlı bildirib.
Xoşagəlməz halların qaçılmazlığı sığortanın vacibliyini hər zaman ön plana çəkir. Məsələnin həlli isə həm sığorta şirkətləri, həm də sahibkarların razılaşmasından asılıdır.