İnsanlar arasında sığorta şirkətlərinə inamsızlıq var. Sığorta müqaviləsi hər iki tərəfin razılığı ilə imzalanır, lakin müqavilə şərtləri yerinə yetirilmir. Sığorta bazarında yol verilən nöqsanlar sonradan böyük problemlərə yol açır.
Vəkillər kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov Metbuat.az-a açıqlamasında bildirib ki, bu gün sığorta məsələsi ilə bağlı ciddi problemlər var:
“Çox vaxt yolda, yanacaqdoldurma məntəqələrində özlərini sığorta şirkətinin əməkdaşı kimi təqdim edən şəxslər sürücülərə yaxınlaşır. Onlar sürücülərə nəqliyyat vasitəsinin icbari sığortasını endirimli qiymətlərlə təkif edirlər. Bəzən 100 manalıq icbari sığırta olunan avtomobil üçün sürücüyə 5, 10, 20 manat endirim təklif edilir. Bu da gələcəkdə problemlərin yaranmasına səbəb olur. Belə ki, avtomobil icbari sığorta olunarkən, nəqliyyat vasitəsinin bütün məlumatları müqaviləyə daxil edilir. Burada mühərrikin həcmi dəqiq qeyd olunur. Lakin icbari sığorta ilə bağlı yolda müraciət edən şəxslər avtomobil haqda məlumatı müqavilədə tam əks etdirmirlər. Çox vaxt müqavilədə mühərrikin həcmini az göstrərirlər. Avtomobilin icbarı sığorta olunmasının əsas dəyəri də mühərrikin həcmindən asılıdır. Gələcəkdə hər hansı bir sığorta hadisəsi baş verən zaman, nəqliyyat vasitəsinin mühərrikinin həcmi ilə müqavilədə göstərilən həcm arasında fərq olduğu ortaya çıxır. Şirkət sığortanın ödənişindən ya imtina edir, ya da az miqdarda ödəyir. Sığorta şirkəti ilə sürücü arasında mübahisə yaradır. Belə proseslər məhkəməyə kimi gedib çıxır. Vətəndaşlara tövsiyyə olunur ki, nəqliyyat vasitələrini belə sığortalamasınlar. Rəsmi qaydada sığorta bürolarına müraciət edib, sığorta şəhadətnaməsini yazılı şəkildə əldə etsinlər”.Vəkil sığorta şirkətlərinin qanunsuz tələblərindən də danışıb:
“Sığorta hadisəsi baş verdikdən sonra vətəndaş sığorta əməkdaşı ilə əlaqə qurub, hadisə barədə məlumat verir. Təbii ki, Dövlət Yol Polisi əməkdaşları hadisəni rəsmiləşdirməlidir. DYP əməkdaşları bütün tədbirləri görürsə, (hadisənin sxemi, nəqliyyat vasitələtinin vəziyyəti, hansı formada nəqliyyat hadisəsi baş verib) həmin nəqliyyat vasitələrinin hadisə yerindən götürülməsində heç bir əngəl olmamalıdır. Amma sığorta şirkətləri bir çox hallarda vətəndaşlardan qanunsuz şəkildə nəqliyyat vasitəsinin saatlarla qəza yerində saxlanılmasını tələb edir. Onlar nəqliyyat vasitələrinin yerləri dəyişilərsə, sığorta ödənişindən imtina olunacağı barədə insanları qorxudurlar. Bu, əslində qanunsuzdur. Belə ki, yol polisi əməkdaşları hadisə yerini ətraflı olaraq təsvir edib, onun sxemini çəkiblərsə, nəqliyyat vasitələrinin orada saxlanılmasına heç bir ehtiyac yoxdur. Bu, yol hərəkəti üçün ciddi əngəllər törədir. Belə məsələlərlə bağlı məhkəmələrdə işlər çoxalıb. Əslində, bu ödəniş qanunvericiliyə uyğun şəkildə ödənilməlidir. Amma sığorta şirkətləri vətəndaşlara daha yüksək keyfiyyətli xidmət göstərmək əvəzinə problem yaradır. Bu səbəblə, insanlarda sığorta məsələsinə inamsızlıq yaranır. Düzdür, bizdə yaxşı sığorta şirkətləri də var. Onlar müştərini öz mənafelərindən üstün tuturlar. Amma təəssüflər olsun, öz maraqlarını üstün tutan sığorta şirkətləri də var. Bu gün vətandaşlar həmin şirkətlərin qanunsuz hərəkətlərinin qurbanına çevrilir. Təbii ki, bu, qanunvericiliyə ziddir. Qanuna görə, vətəndaş sığorta müqaviləsinə istənilən şərti qarşılıqlı razılıq əsasında daxil edə bilərlər. Vətəndaşlara tövsiyəm ondan ibarətdir ki, sığorta müqaviləsi imzalayarkən mütləq oxusunlar. Şərtlərin onların mənafelərinə uyğun olduğunu öyrəndikdən sonra müqavilə bağlasınlar”.