İranda təyyarə qəzası nəticəsində ölənlərdən 45-nin meyiti tapılıb.
AZTB.info “Press TV”yə istinadən xəbər verir ki, axtarışlar 4409 metr hündürlükdəki Dena dağının zirvəsində, ekstremal meteoroloji şəraitdə aparılır.
Qəza baş vermis ərazidə 100-dən çox xilasedici işləyir. Onlara 7 helikopter də kömək edir.
Xatırladaq ki, İranın “Aseman Airlines” aviaşirkətinə məxsus, Tehran-Yasuc marşrutu üzrə uçan “ATR-72” tipli sərnişin təyyarəsi fevralın 18-də İsfahan əyalətində qəzaya uğramışdı. Qəza nəticəsində 66 nəfər həlak olmuşdu.