Fransada müsəlmanların ibadət etdikləri məscid atəşə tutulub.
TASS xəbər verir ki, hadisə ölkənin cənubunda yerləşən Bayonna şəhərində baş verib.
60 yaşlı kişi əvvəlcə məscidin giriş qapısını güllələyib, daha sonra isə içəri “Molotov kokteyli” atıb.
Hadisə nəticəsində məsciddə olan iki nəfər yaralanıb.
Silahlı basqınçı tezliklə yaxalanıb. Polis onun hadisə yerindən 100 km məsafədə yerləşən Land şəhərindəki evində axtarış aparıb.
Onun avtomobilindən qaz balonu tapılıb. Cinayətin motivləri barədə hələlik heç bir məlumat verilimir.