Azərbaycandan Ərdoğanı görmək üçün velosipedlə yola düşdü

Azərbaycandan Ərdoğanı görmək üçün velosipedlə yola düşdü Azərbaycanlı gənc Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün velosipedlə Ankaraya yola düşüb.
Virtualaz.org xəbər verir ki, Zaqatala rayonunun Yolayrıc kənd sakini, İzəddin Abdullayev 1600 kilometrlik məsafəni 16-17 günə başa vurmağı planlaşdırıb. O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək ən böyük arzusudur:

“Yolum uzundur. Bu, məni niyyətimdən uzaqlaşdırmır. Uzun illərdir ki, belə bir səfərə çıxmağı arzu edirəm. 1600 kilometr yolu 16-17 günə qət etməyi planlaşdırıram. Ümid edirəm ki, Allahın köməkliyi ilə Ərdoğanla görüşə biləcəm. Mənim kimi Ərdoğanı sevən və onunla tanış olmaq istəyən yüz minlərlə azərbaycanlı gənc var. Bütün bu gənclər adından ora gedirəm”.

İ.Abdullayev arzusunun arxasınca getdiyinə görə sevincli olduğunu açıqlayıb:“1600 kilometr yolu türkləri, Türkiyəni, Türkiyə prezidentini sevməsəydim gedə bilməzdim. Bu sevgi uzun yolu mənim üçün qısaldır. Bu uzunluqda yolu velosipedlə getməyi hədəfləmişəmsə, demək, Ərdoğanı həqiqətən çox istəyirəm. İnşallah, onun əlini sıxmaq, görmək, qucaqlamaq mənə nəsib olar”.

Oxşar xəbərlər