80-ci illərdəki vəziyyətlə 2000-ci il və bu günə qədərki vəziyyəti müqayisə edə bilməzsiniz. O dövr texnologiya üzünə həsrət qalmışdısa, müasir dövr texnologiyada boğulur. Hətta deyərdim ki, bəzən insanları səhv etməyə sövq edən məqamlardan biri də texnologiyaların yaratdığı şəraitdir. İnsanların seks həyatlarının qaydasında olmamasına səbəb də internet bəlasıdır.
Klinik psixoloq-seksoloq Təhmasib Cavadzadənin Oxu.Az-a müsahibəsini təqdim edirik:
– Cəmiyyət inkişaf etsə də, ölkəmizdə qadın-kişi arasında olan intim münasibətlərdən doğan problemlər azalmır.
– Bəli. Öz praktikamdan deyə bilərəm ki, müraciət edən pasiyentlərin sayı artır. Düşünmürəm ki, bu problem nə vaxtsa həll olacaq.
– Cütlüklər arasındakı problemləri dərinləşdirən əsas amil nədir?
– Belə izah edim. Cütlüklər mənə müraciət edəndə, ilk olaraq məsafəli danışırlar. Qadın kişi barəsində, kişi də qadın barəsində olan şikayətlərini dilə gətirir. Amma hiss edirəm ki, məsələnin kökü bu deyil. Onları məcbur etdikdən sonra hər iki tərəf əsas problemə keçid edir. Bax, problem budur. Ər-arvad öz aralarında bütün problemləri çılpaqlığı ilə danışa, həll edə bilmirlər.
– Niyə?
– Ona görə ki, mentalitetimiz buna icazə vermir. Qadın öz kişisinə seks ehtiyaclarını deyə bilmir. Niyə? Düşünür ki, bir anlıq istəkdir, səhər mənə “fahişə” kimi baxar. Təsəvvür edirsiniz? Bu fikirləri neçə dəfə pasiyentlərimdən eşitmişəm. İnsanlar daim özünü “sığortlamaq” fikri ilə addım atır. Kişilər də həmçinin.
Seks ehtiyaclarını öz halal həyat yoldaşları ilə yerinə yetirə bilmir. Qarşısını alan fikir budur: “Bu qadın mənim uşaqlarımın anasıdır, ona olmaz”. Ay insan, bu həyatın qanunudur. Seks həyatı qaydasında olmayan ailədə heç bir normal münasibətlərdən söhbət gedə bilməz.
– Hər iki tərəf yaşca özündən böyük insanlarla münasibətdə olmağa can atır. Bu normaldır?
– Oğlanlar 21 yaşında, qızlar isə 18 yaşında psixoloji cəhətdən tam hazır şəxsiyyət olur. Təbii olaraq yaş və orqanizm onların seks həyatı üçün normaldır. Lakin təcrübə yoxdur. Bu zaman təcrübəli birini axtarmaq istəyi yaranır. Sizə deyim ki, 20-22 yaşlı gənclər 30-35 yaşlı qadınlarla görüşür.
Heç 30-35 yaşlı qadını yaşlı hesab etmək olmaz. Digər tərəfdən, bizdə azad seks həyatı olmadığı üçün gənclər həmyaşıdları ilə bu praktikanı keçə bilmirlər. İnsanların bu məsələyə əxlaq cəhətdən yanaşması bir qədər dəyişməlidir.
Bunları 100 nəfər danışsa da, milyonlar bu barədə məlumatlıdır. Artıq bu zehniyyətdən çıxmaq lazımdır. Xarici ölkələrdə insanların qadın-kişi münasibətlərində rahat olması, həyatın başqa sahələrində də sakitliyə səbəb olur.
– Statistika göstərir ki, boşanmaların sayı artıb. Səbəblər arasında isə tutarlı arqumentlər tapmaq çətindir.
– Tutarlı arqument ona görə tapmaq olmur ki, məsələnin kökündə intim münasibətlər dayanır. Boşanan cütlüklər bunu irəli sürə bilməz. Səbəblər anlaşılmazlıq, şiddətli keçimsizlik, xəyanət və başqa standart səbəblər olacaq.
– Evlilikdən kənar əlaqə lazımdır?
– Evlilikdən kənar əlaqə cəmiyyətimizdə kişilər üçün keçərlidir. Bu səbəbdən də bu barədə söylənilən fikirlər qadınlarda qıcıq oyada bilər. Amma əslində, kişilər xəyanət etmir. Heç qadınlar da xəyanət etmir. Məsələ sadəcə vərdişdir. Evlənənə qədər kişilərin, təbii ki, seks həyatı olur. Lakin kişilərin bu məqamda diqqət etməli olduğu məqamlar var. İnsan seks həyatına necə başlayırsa, elə də davam edir. Bu, qeyri-ixtiyari formalaşan bir vərdişdir.
Əgər özündən yaşlı qadınlarla əlaqəyə girirsə, daim intim münasibətlərdə bunu xatırlayır. Amma onu da deyim ki, bu məqam hər kəsdə eyni cür olmur. Misal üçün, zəlzələ baş verəndə hər kəs qorxur. Amma çox az, psixoloji cəhətdən zəif olan insanlar panik atak xəstəliyinə tutulur.
– Kişilər niyə bir qadınla ömrünün sonuna qədər yaşamaq istəmir?
– Yaşamaq istəmir yox, yaşaya bilmir. Çünki kişilər poleqamus tipdirlər. Onlar cinsi müxtəlifliyi sevir. Qadınlar isə monoqamus, yəni cinsi müxtəlifliyi sevmirlər. Faiz etibarilə belədir: kişilərin 90 faizi poleqamus, 10 faizi monoqamus, qadınların isə 90 faizi monoqamus, 10 faizi poleqamusdur.
Mən insana şəxsiyyət kimi baxdığım üçün bunu qəbul edə bilmirəm. Hər kəsin seksə ehtiyacı var və buna unikal yanaşma olmalıdır. Ola bilər ki, seks tələbatı az olan insanlar “xəyanətə” meyilli olmasınlar. Amma seks tələbatı çox olan insanlar başqa qadınlarla münasibətə girməyə məcbur qalırlar.
Bir başqa məqam. Kişinin həyat yoldaşı standartlardan kənara çıxmalıdır. Azərbaycan qadını başa düşməlidir ki, cinsi münasibətlərdə hər zaman fantaziyalar olmalıdır. Primitiv misal çəkək. İnsan eyni yeməyi hər gün yeyə bilməz, iyrənər. Ailə münasibətlərində də belədir.
Mətbəxdə əlinizdə olan vasitələrdən istifadə edərək hər dəfə fərqli yemək hazırladığınız kimi, seks həyatında da fərqlilik olmalıdır. Olmasa, qadın da, kişi də bu fərqliliyi kənarda axtarmağa başlayacaq.
– Bunlar barədə insanlar maariflənməlidir.
– Əslində, bütün bunları insanlar yetkinlik yaşına çatanda bilməlidir. Xarici ölkələrdə məktəblərdə bu barədə təlim-tərbiyə işləri aparılır. Uşaqlara izah edilir ki, kənar şəxslərdən özlərini qorumalıdırlar. Cinsiyyət orqanlarına toxunmaq olmaz.
Ana qızına, ata isə oğluna bu barədə zəruri informasiyaları verməlidir. Bəzən valideynlər düşünür ki, övladı ilə arasında olan hörməti qorusun, məsafə açılmasın. Amma bu da bir növ yanlış düşüncədir. Çünki mövzudan asılı olmayaraq, insanın bunu izah etmə şəkli önəmlidir.
Uşaqlar bu barədə sualları valideynlərinə verə bilmirlər və suallarına cavabı sosial şəbəkələrdən, internetdən, mümkün olan digər resurslardan əldə etməyə çalışırlar.
Müəyyən yaşdan sonra bu axtarış keçir əyani şəkildə tətbiq edilməyə. Bizim cəmiyyət bunu qəbul etməməkdə israrlıdır. Bu gün çox erkən yaşlardan – 9-11 yaşdan artıq uşaqlar nəyin nə olduğunu çox yaxşı bilirlər. Dağınıq halda mənimsədikləri məlumatları qaydasına salmaq lazımdır ki, onlar səhvlərə yol verməsinlər. Bu, nə tərbiyəsizlikdir, nə də əxlaqsızlıq.
Valideynlər uşaqlarını qorumaq istəyirlərsə, doqquz yaşlı uşaqların sosial şəbəkələrdən istifadəsinin qarşısını alsınlar. “Instagram”da, “Facebook”da istənilən mövzuda, kifayət qədər açıq-saçıq səhifələr var. Əgər yanlış yola düşmələrindən ehtiyat edirlərsə, bunun qarşısını almalıdırlar.
– Düşünürsünüz ki, zorlamaların, təcavüzlərin səbəbi də məlumatsızlıqdır?
– Əlbəttə. Rayon yerlərində bilirsiniz, nə qədər zorlamalar olur?! Xüsusilə də azyaşlı oğlan uşaqları zorlanır. Xarici ölkələrdə istər kişi, istər qadın öz həmcinsi ilə bir dəfə də olsa, cinsi münasibətə girir. Amma bu, onların orientasiya problemi yaşamaları demək deyil. Onlar, sadəcə, azad seçimlər edirlər. Amma bizdə, təəssüf ki, bu, bədbəxtliklə nəticələnir.
Xüsusilə bölgələrdə informasiya azlığından, şəhərdən fərqli olaraq, bu barədə danışan insanlar rayon yerlərində pislənir. Sizə deyim ki, zorlama faktları yetkinlik yaşına çatmayanlar arasında olur. Qanun isə ona səkkiz ilə qədər iş kəsir. Bunu düzgün hesab etmirəm. Bunlar uşaqdır. Sadəcə, islahedici tədbirlər məqsədilə 1-2 il kifayət edərdi. Nəticədə, hər iki uşağın gələcəyi məhv olur və gələcəyin pedofili yetişir.
– Fahişəliyin leqallaşmasının lehinəsiniz?
– Düşünürsünüz ki, ciddi dəyişiklik olacaq? Məncə, yox. Sadəcə, bir məqaam aydınlıq gələcək ki, gənclər ehtiyaclarını qarşılamaq üçün gizli yer axtarmaq məcburiyyətində olmayacaq. Və ya hansısa qadınla danışıb, evə gedəndə basqına uğramayacaqlar. Leqal şəkildə seks həyatları olacaq.
Qaldı ki fahişələrə, onlar, sadəcə, vərdişdən dolayı bu xidmətləri verirlər. Pul insan üçün şirindir. Bu isə pul qazanmağın ən asan və həzzverici yollarından biridir. Bəzən deyirlər ki, “mən ehtiyac səbəbindən bu yola düşmüşəm”. Xeyr, boş söhbətlərdir. İnsan pul qazanmaq üçün 50 yol tapa bilər. Əgər bunu seçirsə, demək, seks vərdişi onu vadar edir.