“Ailəli qadın əri evdə olmayanda…”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi internetin Azərbaycanda tənha insanların sayının artmasına və boşanmaların çoxalmasına təsir etməsindən narahatdır.
Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, nternetin insanların həyatına, onların tənha qalmasına, eləcə də boşanmasına təsiri güclənir.
BMT-nin statistik məlumatlarına əsasən, ABŞ, Fransa, Böyük Britaniya, Rusiya və Almaniyada bağlanan nikahların 35-45 faizi, Bolqarıstan, Türkiyə, Yunanıstan və Macarıstanda isə 25-28 faizi boşanma ilə nəticələnir.
Tanınmış vəkil Şəfiqə Nağyeva məsələ ilə bağlı Modern.az-a deyib ki, hazırda Azərbaycanda boşanmaların sayı durmadan artır:
“Bu gün boşanmaq üçün müraciət edənlərin çoxu kişilərdir. Onların arasında gənc, orta, hətta yaşlı kişilər də var. Əsas səbəbdən də həyat yoldaşının telefona, sosial şəbəkələrə olan aludəliyidir. Əlinə telefon düşən qadın başlayır “Whatsapp”da, “Facebook”da başqa kişilərlə tanış olmağa, yazışmağa. Bu gün evi, ailəni dağıdan o qadınların yeni texnologiyadan düzgün istifadə etməməsi ciddi problemdir. Bəzi qadınlar hətta uşaqlarını da atıb internetdə tanış olduğu kişiyə qoşulub qaçır. Bir müddət sonra o kişi də ondan istədiyini alandan sonra qadın qalır ortalıqda. Hətta elələri var ki, əri evdə olmayanda yazışdığı kişiləri evinə çağırır, onunla intim münasibətdə olur. Lap əxlaqsızları var ki, bunu övladlarının gözünün qabağında edir. Belə dəhşətli məqama gəlib çıxmışıq”.
Vəkil bildirib ki, xəyanətlə iddia qaldıranların nikahlarının davam etməsinin tərəfdarı deyil:
“Qadın xəyanəti, ərini, övladlarını qoyub qaçan qadınla bağlı iddiaların tez bir zamanda həllinə çalışıram. Həll deyəndə onların barışdırılmasını nəzərdə tutmuram. Heç vaxt bu cür qadınların bağışlanmasını istəmirəm. Heç vaxt barışıq mövqeyini tutmuram, həyatım boyu da tutmayacam. Çalışıram ki, uşaqlar qadından alınıb atalarına verilsin. Bilirsiniz, baxdığım işlərdə bəzi qadınların başqa kişilərlə elə biabırçı mesajları üzə çıxır ki… Bu haqda danışmaq belə olmur”.
Hüquqşünasın sözlərinə görə, xəyanət edən qadınlar arasında kifayət qədər təhsilli, savadlıları da var:
“Demək olmaz ki, bu qadınların hamısı cahildir. Onların bəziləri hətta oxumuş, iş sahibidirlər. Amma ağıl yoxdur. Ailəni, övladını düşünmədən xəaynətə sürüklənirlər”.