
APA “Azəriqaz” İB-ə istinadən xəbər verir ki, saat 09:00-dan etibarən Gəncə şəhərinin bir hissəsində də qaz olmayacaq.
Bu müddət ərzində qaz sızmalarının ləğvi və yeni çəkilmiş qaz xətlərinin mənbəyə birləşdirilməsi işləri icra olunacaq. Saat 10.00-dan 16:00-dək Qobustan rayonunun bir neçə kəndində qaz təchizatının dayandırılması isə orta təzyiqli yeraltı qaz xətlərinin kipliyə sınaq işləri ilə bağlıdır.