Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən “Neftçi” klubu “Arsenal” ilə II təsnifat mərhələsinin ilk oyunu üçün Rusiyaya təyin olunan vaxtda yollana bilməyib.
“Report” xəbər verir ki, buna səbəb Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı – Moskva reysi ilə saat 06:50-də uçmalı olan təyyarədə texniki problemin aşkarlanmasıdır. Təyyarə dəyişdiriləcəyi üçün uçuşun saat 11:00-dək yubanacağı bildirilib. Komanda Rusiya paytaxtından “Arsenal”ın təmsil etdiyi Tula şəhərinə avtobusla gedəcək.
Hazırda “Neftçi”nin prezidenti Kamran Quliyev uçuşun tezləşdirilməsi üçün hava limanındakı məsul şəxslərlə danışıq aparır.
Oyun öncəsi “Neftçi”nin baş məşqçisi Roberto Bordinin və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Tədbir bu gün “Arsenal” mərkəzi stadionunun mətbuat zalında keçiriləcək və Bakı vaxtı ilə saat 18:30-da başlanacaq. Konfransdan sonra, saat 19:00-da isə komandanın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi olacaq.
AZAL-dan “Report”a bildirilib ki, texniki nasazlıq səbəbindən təyyarə dəyişdiriləcək. Sərnişinlərin ixtiyarına yeni təyyarə veriləcək. Uçuşun 11:00-da gerçəkləşəcəyi gözlənilir.
Qeyd edək ki, iyulun 25-də “Arsenal” mərkəzi stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Qarşılaşma “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq.