Gədəbəydə vəzifəli şəxs işdən çıxarılıb.
Oxu.Az-ın məlumatına görə, rayon Təhsil Şöbəsinin müdiri Baxış Nağıyev vəzifəsindən azad edilib.
Onun yaşa görə işdən azad edildiyi bildirilir.
B.Nağıyev 2013-cü ilin oktyabr ayından etibarən bu vəzifədə çalışırdı.