Stansiyada reabilitasiya proqramının 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur
Ötən il iyulun 3-də Azərbaycanın enerji təchizatı sistemində baş verən böyük qəzanın bir ili tamam oldu. Xatırladaq ki, qəza Mingəçevirdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında yanğınla başlayıb, ölkə ərazisinin əksər hissəsində bir neçə saatlığa enerji kəsintisinin yaranmasına səbəb olmuşdu.
Hadisə nəticəsində SOCAR-ın qurudakı yataqlarında, Qaz İxrac İdarəsinin Kompressor stansiyalarında, Neft Emalı Zavodu, “Azərikimya” İB-nin müəssisələri, Qaz Emalı Zavodunda, qaz anbarlarında iş tamamən dayanıb. Hadisə ilə əlaqədar neft və qazçıxarma idarələrində, birgə müəssisələrdə nəzərdə tutulandan təxminən 4,2 min ton neft, 1 milyon 135 min kubmetr qaz az hasil edilib. Elektrik kəsilməsindən zərər çəkən sahələr arasında su təchizatı sistemi, kanalizasiya qurğuları da var. Bu qurğuların fəaliyyətini və su təchizatını hələ də tam bərpa etmək mümkün olmayıb. Bundan əlavə, Bakı Metropoliteni saatlarla fəaliyyətsiz qalıb, yüz minlərlə sərnişin daşınmayıb. Bakı Nəqliyyat Agentliyinə, özəl şirkətlərə məxsus avtobuslar pulsuz işləyiblər.
Qəzaya görə H.Əliyev adına Beynəlxalq Hava Limanının fəaliyyətində də problemlər yaranıb. Bundan əlavə, dəmiryol nəqliyyatının hərəkətində fasilələr yaranıb – həm sərnişin, həm də yükdaşımalarda.
Dövlət müəssisələri ilə yanaşı, ölkədə fəaliyyət göstərən özəl qurumlar da elektrik kəsintisindən zərərlə çıxıblar. Bütün iri müəssisələrin işi dayanıb, ticarət obyektlərində, anbarlarda soyuducu sistemlərin işləməməsi məhsulların xarab olmasına gətirib çıxarıb. İstehsalın, satışın dayanması özəl müəssisələri zərərə salıb.
Qəza ilə bağlı ölkə prezidentinin yanında keçirilən müşavirədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov qeyd edib ki, mümkün yanğın təhlükəsi ilə bağlı “Azərenerji” ASC-yə tutduqları iradların heç birinə riayət olunmayıb.
Baş prokuror Zakir Qaralov isə bildirib ki, qəza baş vermiş cərəyan transformatorlarının istismar müddəti başa çatsa da, onlarda müntəzəm təmir-bərpa işləri aparılmayıb: “Halbuki hər il orada bərpa işləri aparılır, ancaq mütəxəssislərimiz həmin bərpa işlərinin yetərli olmaması ilə bağlı ilkin rəylərini verirlər. Eyni zamanda, son 3 ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən həm ”Azərenerji”nin rəhbərliyinə, həm onun baş mühəndisinə yazılmış 6-dan artıq tələbnamədə tələb olunurdu ki, orada həm yağ sızması mövcuddur, eyni zamanda kabellərin odadavamlı izolyasiyası təmin olunmamış, ümumiyyətlə, baş verən yanğın haqqında məlumatın avtomatik verilməsi ilə bağlı sistem qurulmamış və 6 mazut çəninin su ilə soyutma sistemi ümumiyyətlə quraşdırılmamışdır. Dəfələrlə hər il bu məsələ qaldırılır, 6 mazut çənində su ilə soyutma sistemi quraşdırılmayıb. Bütün bunlar qəzaya gətirib çıxarmışdır”.Z.Qaralov həmçinin bildirib ki, “Azərenerji” tərəfindən rele mühafizə xidməti ölkə üzrə tam axıra qədər icra olunmayıb. Buna görə də Mingəçevir İES-in bir blokundakı qəza bütün ölkənin enerji təchizatı şəbəkəsini sıradan çıxarıb.
Müşavirədə qərara alınıb ki, ölkənin bütün enerji istehsalı müəssisələrində, ilk növbədə isə “Azərbaycan” İES-də audit aparılsın. Prezident İlham Əliyev qeyd edib ki, qəzanın səbəbləri vacib olsa da, bundan daha önəmli məsələ qəza nəticəsində ümumi sistemin sıradan çıxmasıdır: “Bu, çox ciddi bir faktdır və əlavə tədbirlər görülməlidir ki, gələcəkdə əgər hər hansı bir qəza baş verərsə ümumi sistemə bunun təsiri olmasın, yəni qəza lokal xarakter daşısın”.
Prezidentin qeyd etdiyi məsələ – bir qəzanın bütün ölkənin enerji sistemində açılmaya gətirməsi isə vaxtilə “Azərenerji” tərəfindən həyata keçirilmiş 58 milyon dollarlıq layihədə yeyinliyə yol verilməsi ilə bağlıdır. Belə ki, əsasən xarici kreditlər hesabına icra olunan bu layihə enerji sisteminin elektron idarəetmə mexanizminin yaradılmasını nəzərdə tuturdu. Qəza zamanı on ildən yuxarı bir müddətdə icra edilən layihə çərçivəsində yaradılmış bu mexanizm – SCADA sistemi faktiki olaraq işləmədi.Qeyd edək ki, qəzadan sonra yaradılmış dövlət komissiyası və Energetika Nazirliyi birlikdə, xarici mütəxəssisləri cəlb etməklə enerji sistemində yenidənqurma və reabilitasiyanı nəzərdə tutan proqram hazırlayblar. Proqramın həyata keçirilməsi üçün “Azərenerji” ASC-yə 140 milyon manat ayrılıb.
ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Teymur Abdullayevin “Yeni Müsavat”a dediyinə görə, həyata keçirilməsinə başlanan reabilitasiya proqramına uyğun olaraq “Azərbaycan” İES-də təmir-bərpa işləri həyata keçirilir:“Bildiyiniz kimi, bu stansiya 8 blokludur. 6 saylı enerji blokunda aparılmış işlər nəticəsində 60 meqavatlıq itirilmiş güc bərpa olunub. Həmçinin 500 kVt-luq açıq paylayıcı qurğunun tikintisi, 7 saylı enerji blokunda təmir işləri həyata keçirilib. Nəticədə 7-ci blokun istehsal gücü 70 meqavata qədər artıb. Hazırda işlər davam edir: müxtəlif sexlər, qurğular, çənlər, laboratoriyalarda təmir və yenidənqurma tədbirləri həyata keçirilir. Eyni zamanda 500 və 300 kVt-luq hava xətlərinin, rele-mühafizə sisteminin, əks-qəza avtomatikasının tamamilə yenidən qurulması həyata keçirilir. 500 və 330 kVt-luq yarımstansiyalar da tam yenidən qurulur. Ümumilikdə, stansiyada reabilitasiya proqramının 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur. Bu proqramın icrası nəticəsində stansiyanın istehsal gücü 380 meqavatt artırılaraq 2 min meqavatta çatdırılacaq. ”Proqram çərçivəsində ölkədəki 12 elektrik stansiyası, 17 yarımstansiyada 100-dən artıq təyinat üzrə yenidənqurma, təmir və bərpa işləri aparılır: “35 elektrik stansiyası və 150 yarımstansiyanı əhatə edəcək SCADA Dispetçer İdarəetmə Sistemi yenidən qurulur, Azərbaycan enerji sistemində qəza rejimlərinin məhdudlaşdırılması və tam ləğvini mümkün etmək üçün mikroprosessor texnikasının tətbiqi, həmçinin modernləşdirilməsi ilə yeni əks qəza avtomatika kompleksləri yerinə yetirilir”.
Qəzadan sonra görülən işlər artıq müsbət nəticəsini verməkdədir. Belə ki, iyunun 29-da “Azərbaycan” İES-də yanğın hadisəsi baş versə də, qəza-avtomatika sisteminin işləməsi nəticəsində bu, sistem açılmasına gətirib çıxarmayıb. Bu isə həyata keçirilən reabilitasiya proqramının effektiv icra olunduğunu göstərir.
Qəzalara rəğmən Azərbaycanda enerji istehsalında və ixracında artım qeydə alınıb. Belə ki, 2019-cu ilin birinci yarım ili ərzində “Azərenerji” ASC tərəfindən xarici dövlətlərə 648 milyon kVt/s elektrik enerjisi ixrac edilib ki, bu da ötən ilin birinci yarım ili ilə müqayisədə 24 milyon kVt/s çoxdur.
Birinci yarım il ərzində ölkədə 11,544 milyard kVt/s elektrik enerjisi istehsal edilib. Bu isə ötən ilin birinci yarım ili ilə müqayisədə 521 milyon kVt/s çoxdur.
Ən əsası isə 2018-ci ilin birinci yarım ili ilə müqayisədə 2019-cu ilin birinci yarım ili ərzində elektrik enerjisinə tələbat da 586 milyon kVt/s artıb.