"Bir daha qeyd etmək istəyirəm ki, qəzanın səbəbləri araşdırılmalıdır. İndi ilkin məlumat var, ona görə daha geniş məlumat əldə edilsin. Qəzanın səbəbləri vacib olsa da, bundan daha önəmli məsələ qəza nəticəsində ümumi sistemin sıradan çıxmasıdır. Və bu çox ciddi bir faktdır və əlavə tədbirlər görülməlidir ki, əgər gələcəkdə hər hansı qəza baş verərsə, bunun ümumi sistemə təsiri olmasın. Yəni qəza lokal xarakter daşısın. Hesab edirəm ki, bu, komissiyanın işində əsas istiqamət olmalıdır".
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə deyib.
Dövlət başçısı bildirib ki, bununla bağlı tədbirlər planı hazırlanmalıdır: "Tədbirlər planına bu gün bu bu müşavirədə səsləndirilən fikirlər də salınmalıdır. O cümlədən beynəlxalq auditin cəlb edilməsi məsələsi. Hesab edirəm ki, bu çox vacibdir. Həm Mingəçevir Elektrik Stansiyasının tam təftişi və auditi aparılmalıdır. Eyni zamanda ölkəmizin bütün enerji sistemi bu sahədə peşəkarlıqla seçilən beynəlxalq, aparıcı qurumlar tərəfindən təhlil edilməlidir. Və təkliflər verilməlidir".
Prezident İlham Əliyev bildirib ki, bu işlərdə günahı olan bütün insanlar müəyyən edilməlidir: "Və onlar cəzalandırılmalıdır".
İlham Əliyev ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə son 15 ildə ölkənin enerji sektoruna böyük investisiyaların qoyulduğunu, yeni elektrik stansiyalarının tikildiyini xatırladaraq bir qəza nəticəsində bütün enerji sisteminin sıradan çıxmasının çox ciddi suallar doğurduğunu bildirib.
Prezident vurğulayıb ki, qəza nəticəsində ümumi sistemin sıradan çıxması ciddi faktdır: "Bununla bağlı əlavə tədbirlər görülməli, təkliflər verilməlidir".
Prezident İlham Əliyev bu işdə günahı olanların müəyyən edilməsi və cəzalandırılması ilə bağlı ciddi tapşırıqlar verib.