Elektrik enerjisi istehlakçıalrı bəzən xəbərdarlıq edilmədən işıqlarının kəsilməsindən şikayətlənirlər.
Bəs, elektrik enerji təchizatı hansı hallarda dayandırıla bilər?
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Modern.az-a bildirib ki, son zamanlar elektrik enerji təchizatının dayandırılması halları azalıb.
“Marağında deyilik ki, elektrik enerji təchizatını dayandırılsın. Çünki artıq abonentlərimizə inamımız böyükdür. Abonentlərimizin əksəriyyəti istifadə etdiyi elektrik enerjisinin pulunu vaxtında ödəyir. Ancaq təəssüflər olsun ki, bəzi abonentlər işlətdikləri elektrik enerjisinin pulunu gecikdirməyə alışqandırlar. Yay vaxtı olduğu üçün bəzi abonentlər istirahətdə olur, bağlarda olur və ya qış vaxtı bağ evlərindən daşınırlar deyə elektrik enejisini ödəməyi gecikdirirlər. Belə hallarda xəbərdarlıq edirlər.
Enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə xəbərdarlıq edilir, telefonlarına zəng edilir. 3 gün ərzində xəbərdarlığa məhəl qoyulmazsa elektrik enerjisi verilməsi dayandırılır. Bütün bunlar elektrik enerjisindən istifadə qaydalarına görə aparılır”.
Tanrıverdi Mustafayev bildirib ki, abonentlərin elektrik enerji təchizatını dayandırmaq “Azərişıq” ASC-yə sərf etmir.
“Biz ona görə abonentlərin elektrik enerji təchizatının marağında deyilik ki, bu əlavə vaxt sərf edir. Hər yerdə yenidənqurma işləri aparılır, əsaslı təmir işləri görülür. Əsas işi qarşıda duran planlarımıza sərf edirik. Təəssüflər olsun ki, bəzi abonentlərimiz elektrik enerjisindən istifadəyə görə pulu ödəmədikdə buna görə əlavə maşın mexanizmlər sərf olunmalıdır, yanacaq sərf olunmalıdır, əməkdaşın əlavə vaxtı getməlidir, o cümlədən də bu abonent üçün də narahatçılıq yaradır.
Abonent pulu ödədikdən sonra yenidən “Azərişıq”a müraciət etməlidir. Biz abonentin elektrik enerjisini bərpa etmək üçün yenidən maşın mexanizmi göndərməliyik. Bu da həm vaxt itkisi, həm də maddi itkiyə səbəb olur”.
O həmçinin bildirib ki, yeni sayğaclar həm “Azərişıq” ASC-nin, həm də abonentlərin işini yüngülləşdirir.
“Yeni smart sayğaclarda istifadə olunan məbləğ bitibsə sayğac özü operativ elektrik enerji təchizatını dayandırır. Buna heç kim müdaxilə edə bilməz, sadəcə abonent hesaba pul yüklədikdən sonra sayğac elektrik enerji təchizatını bərpa edir”.