Azərbaycanın yerləşdiyi region həssas olduğu qədər həm də spesifikdir. Bu regionda baş verənləri böyük ölçüdə dünyanın əsas güc mərkəzlərinin dəngələri müəyyən edir. Azərbaycanın yaxın və uzaq ətraf ölkələrində hazırda baş verənlər də bu güc mərkəzlərinin yeni və belə görünür ki, daha güzəştsiz mübarizəsinin nəticəsidir.
Dediklərimizi təsdiq etmək üçün sərhədlərimizdə yerləşən ölkələrdə baş verənlərə qısaca diqqət edək. İran dünyanın supergücü olan ABŞ-la müharibə həddinə gəlib, Rusiya sanksiyalar altında sıxılır və sıxıldıqca daha aqressiv xarici siyasət sərgiləyir. Dost və qardaş Türkiyə iç və dış sılahlı düşmənlərlə mübarizədədir. Xarici güclərin “poliqonu” təsiri bağışlayan qonşu Gürcüstanda siyasi proseslər hər keçən gün gərginləşməkdə davam edir. Razılaşaq ki, mənzərə xeyli dumanlı və ürküdücüdür...
Keçmiş SSRİ məkanına tərəf “boylansaq” Moldovada hakimiyyət böhranı, Ermənistanda heç səngiməyən daxili didişmələr, Gürcüstanda son günlər başlayan və səngiməyən küçə etirazları, istefalar, Xəzəryanı qonşumuz Qazaxıstanda stabilliyi təhdid edən davamlı etiraz aksiyalarını görərik. Xüsusilə MDB məkanında baş verənlərin bir spesifik tərəfi var: onlar bir çox hallarda qonşu ölkələrdə domino effekti verir, “inqilabçıların” küçələrə meyillənməsi və asanlıqla xarici güclərin əlaltısına çevrilməsi kimi təhlükəli tendensiyalar müşahidə olunur.
Azərbaycan Avropa və Asiyanın qovşağında tutduğu mühüm strateji mövqeyi ilə hər zaman xarici güclərin diqqətində olub. Həm regionda, həm qonşuluğumuzda baş verənlərlə müqayisədə Azərbaycanın “sabitlik adası” adlandırılması tam doğru qiymətləndirmədir, qətiyyən şişirdilməyib və faktoloji əsasları var. Şübhə yoxdur ki, bu stabilliyin əsas memarı olan İlham Əliyevin bütün çabası ölkəsini indi və gələcəkdə hər cür kataklizmlərdən qorumaqdı, xaos və kənar güclər tərəfindən tətiklənən qarşıdurmaların Azərbaycana sızmasına imkan verməməkdir...
İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycan “məxməri inqilablar”, “ərəb baharı” və dünyada neftin qiymətinin düşməsindən sonra başlamış iqtisadi böhranlardan sığortalana bildi. Ukrayna, Gürcüstan və Ermənistandakı məxməri inqilablardan xalq xeyir görmədi. Əksinə, hələ də bu inqilabların gətirdiyi bəlaların acısını çəkməkdədir. Eləcə də “ərəb baharı” da yalnız göz yaşları gətirdi və milyonlarla qaçqın ordusu yaratdı. Bu hadisələr Azərbaycana da təsirsiz ötüşmədi, o mənada ki, bəzi xarici güclər ölkəmizdəki “küçə inqilabçılarından” vəziyyəti gərginləşdirmək üçün istifadə etməyə çalışdı. Amma həm İlham Əliyevin qətiyyəti, xüsusilə bu kimi narazılıqları tətikləyə bilən sosial sahədə vaxtında verdiyi düşünülmüş qərarları bu cür pis niyyətləri puça çıxardı. İlham Əliyevin qərarlarını “dalğa ilə qarşılaşacaq gəmi kapitanının” önləyici addımlarına da bənzətmək olar. Məhz bu qərarlılıq sayəsində dünyadakı böhrana rəğmən Azərbaycan regionda lider dövlət mövqeyinə çıxdı, ölkə büdcəsinin neft pullarından asılılığı böyük ölçüdə aradan qaldırıldı, iqtisadiyyatın şaxələnməsi başladı.
Stabilliyin qarantı kimi “möhkəm əl” yoxdur, möhkəm iqtisadiyyat, sosial dövlət siyasəti var. İlham Əliyev Azərbaycanı təlatümlərdən qorumağın formulunu çox sadə, amma gərgin zəhmət və bacarıq tələb edən yolla tapa bilib. Burada, əlbəttə ki, ön yerdə prezidentin həm də komandası ilə işləmək bacarığı öndədir.
Yuxarıda adını sadaladığımız ölkələrin bəzilərindəki destabilizasiyanın əsas səbəblərindən biri də bir-birlərini didməyə hazır “komanda”lardır. Daha konkretləşdirsək, Moldovada oliqarxiya prezidenti vəzifəsindən uzaqlaşdırıb, Ermənistan zatən bu kimi daxili “komanda” oyunlarının əsiridir, Gürcüstanda isə hakim partiya bir xarici dövlətə, müxalifət isə bir neçə xarici dövlətə bağlıdır. İlham Əliyevin təkcə generallarla bağlı son qərarları bir daha onu göstərdi ki, 2005-ci ilin məlum həbslərindən sonra komanda daxilində heç bir sapmalar yoxdur, hakimiyyət vahid orqanizm şəklində işləyir. Prezident ən sadiq və peşəkarları mərkəzə çəkərək iqtidarını daima gücləndirmək kursuna sadiqdir.
“Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu, aksiomdur. Bunu biz yaxın tarixdə dəfələrlə görmüşük. Sabitlik pozulan zaman inkişaf dayanır, sərmayə qoyuluşu dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır. Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir”. İlham Əliyevdən gətirdiyimiz bu iqtibasa, demək olar ki, auditoriyadan asılı olmayaraq, dövlət başçısının bütün çıxışlarında rast gəlmək mümkündür. Demək, bu həm də dövlət başçısının Azərbaycan üçün dəyişməz stratejisidir. Bu həm də o deməkdir ki, Azərbaycanı təhdid edə bilən güc və qüvvələrin əsas hədəfi də məhz stabillikdir.
Dövlət insan deyil, onun iki üzü yoxdur. Amma İlham Əliyevin stratejisində stabillik dövlətin əsas üzüdür. Təsadüfi deyil ki, Azərbaycan indi daha çox neft-qazı ilə deyil, stabilliyi ilə tanınır. Bu stabilliyi, əlbəttə ki, xalq qiymətləndirir, davamlı olmasını istəyir. Bu stabilliyin qarantı isə İlham Əliyevdir. Bunu dünyada dəngələri müəyyən edən mərkəzlər də, dövlətlər də bilir və etiraf edir...
“Yeni Müsavat”