"Bu günə qədər həllini tapmayan məsələlər də yaxın gələcəkdə öz həllini tapacaq” - İlham Əliyev
"Ölkəmizdə bütün sosial layihələr uğurla icra edilir. Heç bir sosial layihədə heç bir yubanma yoxdur. Hətta bizim üçün o qədər də asan olmayan, əvvəlki böhranlı illərdə də sosial layihələr tam miqyasda icra edilib”.
Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev "Xızı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib.
Prezident qeyd edib ki, Azərbaycan dövləti möhkəm əsaslar üzərində qurulub: "Biz iqtisadiyyatımızı bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdiririk. Ancaq bununla bərabər, sosial məsələlərin həllinə çox böyük diqqət göstəririk. Bunun nəticəsində ölkəmiz uğurla inkişaf edir. Bunun nəticəsində ölkəmizdə sabitlik, əmin-amanlıq hökm sürür, xalq-iqtidar birliyi gündən-günə möhkəmlənir. Bu gün Azərbaycan inkişaf, sabitlik, xalq-iqtidar birliyi baxımından dünya miqyasında nümunəvi ölkəyə çevrilib”.
Dövlət başçısının sözlərinə görə, indi dünyada, bölgədə, qonşuluqda baş verən hadisələri izləyərkən bir daha görürük ki, sosial sahədə pozuntular, bu sahəyə diqqətin göstərilməməsi və xoşagəlməz halların kütləvi xarakter alması böyük çətinliklərə, problemlərə, toqquşmalara gətirib çıxarır: "Bizim siyasətimiz həmişə birmənalı olub: güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində biz uğurla inkişaf edirik. Bu gün Azərbaycanda ictimai-siyasi proseslər müsbət istiqamətdə gedir, iqtisadi inkişaf tam təmin edilir və bir çox sosial layihələr icra olunur. Vəzifə isə çox sadədir, onu biz bir neçə il əvvəl qarşımıza qoymuşuq ki, insanları narahat edən bir dənə də problem qalmasın.
Məktəblərin, xəstəxanaların, sosial obyektlərin tikintisi, insanların maddi vəziyyətinin yaxşılaşdırılması və infrastrukturla bağlı olan layihələr. Hər bir yerdə, hər bir rayonda və hər bir kənddə bu məsələlərə xüsusi diqqət göstərilir. Əldə edilmiş nəticələr və bu ilin gözəl göstəriciləri tam deməyə əsas verir ki, biz bu düzgün yolla gedəcəyik və bu günə qədər həllini tapmayan məsələlər də yaxın gələcəkdə öz həllini tapacaq”.