ABŞ prezidenti Donald Tramp İranı hücumla təhdid edib.
Bununla belə, Tramp “Müharibə yox, müzakirə istəyirik” deyərək İrana müzakirələrə başlamaq üçün vaxt verib.
İran rəsmisi ABŞ prezidentinin dünən mesaj göndərdiyini və İrana hücum edəcəkləri barədə təhdid etdiyini bildirib. “Reuters”in xəbərinə əsasən isə, Tramp müharibə yox, müzakirə tələb edib və müzakirələri başlamaq üçün İrana vaxt verib.
Rəsmi Tehran isə Trampı hücumun beynəlxalq nəticələri barədə xəbərdar edib. İran Xamaneinin müzakirələrin əleyhinə olduğunu, amma mesajın ona çatdırılacağını bildirib. İran eyni zamanda “ABŞ-ın hər hansı bir hərbi müdaxiləsi regional və beynəlxalq nəticələrə səbəb olacaq” açıqlamasını verib.
ABŞ mətbuatı isə Trampın İrana hücum qərarından son anda vaz keçdiyini yazıb: “Tramp İrana hava hücumuna razılıq verib, sonra anidən qərarından vaz keçdi”.
Rusiyanın XİN rəhbəri isə İrana hücuma hazırlaşan ABŞ-a səslənib və müharibənin nəticələri barədə yaxşı düşünməsini istəyib. Moskvaya görə, ABŞ Orta Şərqdə gərginliyi qəsdən artırır.