Ayaz müəllim insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edir - ÖZƏL

Ayaz müəllim insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edir - ÖZƏL Yel Qayadan nə apara bilər?

Şər və Böhtan yazanlara tutarlı cavab - Ağsu rayonunda 3 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin müdiri Ayaz müəllim haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər Ağsu rayonunda 3 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsində, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Guya "Ağsu "Merosu"nda "Açıq bazar" qaydaları hökm sürür…". Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.

Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. Ağsu rayonunda 3 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin müdiri Ayaz müəllimin fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .


İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Ayaz müəllimi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Ağsu rayonunda 3 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin müdiri Ayaz müəllimdir.

Ağsu rayonunda 3 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin müdiri Ayaz müəllim peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli peşəyə yiyələnən Ayaz müəllim bu işin müqəddəsliyini qoruyub saxlayır. Ayaz müəllim kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Ayaz müəllimdən danışdılar yaxşı ki, Ayaz müəllim Ağsu rayonunda 3 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin müdiri təyin olunub… Ayaz müəllim öz isguzarlığı ilə tanınır və seçilir….

Ayaz müəllim Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Ayaz müəllimi heç vaxt əqidəsindən döndərə bilməz.

Ayaz müəllim böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Ayaz müəllim yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Ayaz müəllim ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Ayaz müəllimin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Ayaz müəllim insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Ayaz müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Ağsu rayonunda 3 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin müdiri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Ayaz müəllim özünü doğruldub. Bizdə hörmətli Ayaz müəllimi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Oxşar xəbərlər