Hesabatda hər şey əhatəli təqdim edilib. İnsan alverinə qarşı ciddi mübarizə gedir. Ancaq mən hesabatda Azərbaycan daxilində olan insan alveri haqqında heç nə eşitmədim.
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatı haqqında danışan deputat Araz Əlizadə deyib.
Əlizadə əlavə edib ki, Azərbaycanda turizmi inkişaf edir və bu çox müsbət hadisədir: “Əlbəttə mədəniyyətimizi, təbiətimizi dünyaya təqdim etməliyik. Ancaq nəzərə alın ki, Azərbaycanda seks turizmi də inkişaf etməyə başlayıb. Gəlirlər, burada pulla qızlarımızı yoldan çıxarmaq istəyirlər”.