Azərbaycanda əxlaqsızlıq yuvalarına basqın edilir – Xüsusi əməliyyat

Azərbaycanda əxlaqsızlıq yuvalarına basqın edilir – Xüsusi əməliyyat Əxlaqsızlıq yuvalarına qarşı xüsusi əməliyyat…

Ölkədə genişmiqyaslı əməliyyatlar aparılır. Belə ki, uzun zamandır gizli şəkildə kafelərdə, otellərdə, masaj salonlarında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarına bir-bir basqın edilir.

Artıq hüquq mühafizə orqanlarının insan alverinə qarşı apardığı xüsusi əməliyyatlar nəticəsində bir sıra əxlaqsızlıq yuvaları aşkar edilib və bağlanılıb.

Əldə etdiyimiz məlumata görə, insan alverinə qarşı iri miqyaslı xüsusi əməliyyata start verilib. Bakı və digər regionlarda təsbit edilən əxlaqsızlıq yuvalarına qarşı basqınlar olunur.

Qeyd edək ki, bu əməliyyat çərçivəsində Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları Goranboy, Sumqayıt və digər ərazilərində basqınlar ediblər. Hazırda əməliyyatlar davam etdirilir.

Oxşar xəbərlər