Bayram Məmmədov azad olundu

Bayram Məmmədov azad olundu Onun inzibati həbs müddəti başa çatıb

Ötən ay 30 sutka inzibati həbs cəzası verilən gənc fəal Bayram Məmmədov azadlığa çıxıb.

Bizimyol.info xəbər verir ki, Bayram Məmmədov polisə müqavimət göstərməkdə ittiham edilərək Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 30 sutkalıq həbs cəzası almışdı.

Bu qərardan verilən apellyasiya şikayəti ilə bağlı prosesdə Bayram ittihamı rədd etmişdi.

Qeyd edək ki, B.Məmmədov 2016-cı ildə külli miqdarda narkotik dövriyyəsi ilə ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib. Gənc fəal ittihamları qəbul etməyib.

O, martın 17-də Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılmışdı.

Oxşar xəbərlər