Ötən yazımızda *8555 taksi şirkətinin sürücülərindən haqq tələb edildiyi barədə məqalə dərc etdik.
Yalnız adı çəkilən özəl qurum deyil, digərləri də oxşar fəaliyyətlə məşğuldur. Öncəki məqalə saytımızda dərc edildikdən sonra fərqli şirkətlərdə çalışanlar redaksiyamıza müraciət edərək analoji vəziyyətlə qarşılaşdıqlarını bildirib.
Əvvəkcə məlumat üçün bildirək ki, müqavilə sənədinə əsasən, hər bir sürücü taksi şirkətindən müxtəlif növdə balans paketi alır. Bununla məsafəyə uyğun olaraq həmin balansdan məbləğ çıxılır. Lakin taksi şirkətləri təqdim etdikləri paketdən əlavə sürücülərdən həftəlik və ya aylıq “haqq” tələb edir. Onlar tələbə uyğun işləmək istəmədikdə, balans paketləri bitmədiyi halda belə, şirkət sürücülərə müştəri vermir.
İddiaya görə, özəl qurumlarda çalışan taksi sürücüləri şirkətə əlavə həftəlik 100 manat, aylıq isə 300 manat ödəməlidir. Bundan əlavə, taksi şirkətlərində operator vəzifəsində işləyən şəxslərin də rəhbərliyin “plan” mexanizmini təqlid etdiyi bildirilir. Belə ki, onlar əlavə pul aldığı sürücüləri müştərilərlə təmin edir.
Sürücülər şikayətdə bildirir ki, “şirkət sahibləri özlərini mafia başçısı kimi aparır”.
Qeyd edək ki, “9111” və “189” nömrələri altında fəaliyyət göstərən taksi şirkətlərinin adı sözügedən məsələdə hallanmır. Bu özəl qurumlarda çalışan sürücülər qeyd edilən vəziyyətlə qarşılaşmadıqlarını dilə gətirib.
Saytımıza verilən məlumatda həmçinin bildirilir ki, əlavə “haqq” ödəməyən taksi sürücüləri şəhərətrafı və asfalt örtüyünün bərbad olduğu ərazilərə yönləndirilir. Pul ödəməyən sürücüləri bu yollarla ödəniş etməyə məcbur edirlər.
Minval.info Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladı, lakin qurumdə bununla əlaqədar heç bir açıqlama verilmədi.
Qeyd edək ki, ötən yazımızda BNA-nın sözçüsü məsələnin araşdırılacağını bildirmişdi.