Taksi şirkətinin sürücülərdən haqq tələb etdiyi iddia edilir.
Söhbət *8555 (Ailə taksi) taksi şirkətindən gedir və bir qrup sürücü minval.info-nun redaksiyasına bununla əlaqədar müraciət edib.
Onların sözlərinə görə, sürücülər müqavilə əsasında “Ailə taksi”yə ödədikləri faizdən əlavə “plan” vermək məcburiyyətindədirlər.
Qeyd edək ki, müqaviləyə əsasən, hər bir sürücü taksi şirkətindən müxtəlif növdə balans paketi alır. Bununla məsafəyə uyğun olaraq həmin balansdan məbləğ çıxılır. Lakin *8555 balans paketindən əlavə sürücülərdən həftəlik və ya aylıq haqq tələb edir. Onlar tələbə uyğun işləmək istəmədikdə balans paketləri bitmədiyi halda belə şirkət sürücülərə müştəri vermir.
İddiaya görə, *8555-lə işləyən taksi sürücüləri şirkətə əlavə həftəlik 100 manat, aylıq isə 300 manat ödəməlidir.
Məsələ ilə bağlı “Ailə taksi” şirkəti ilə əlaqə saxladıq. Zəngimizə cavab verən şəxs şikayətin nədən ibarət olduğunu dinlədikdən sonra saytımıza bildirdi ki, bizim əməkdaş baş ofisə yaxınlaşmalıdır. Bunun yanlış olduğunu izah etməyə çalışsaq və yuxarıda qeyd edilən iddia ilə əlaqədar münasibət almaq istəsək də cəhdlərimiz boşa çıxdı.
Bakı Nəqliyyat Agentliyindən minval.info-ya bildirildi ki, sürücülərin ittihamı ilə bağlı araşdırılma aparılacaq.