" 7 saylı Göyçay Regional Nəqliyyat MMC-yə Seyfəl Hacıyev rəis təyin olunandan əhaliyə taksi, sərnişin və yükdaşıma xidməti göstərən sürücülərin günü qara, əppəyi para olub. Səbəb də ki, rəis Seyfəl Hacıyevin MMC-nin işçilərini qanunsuz olaraq yola çıxarıb, onları sürücülərdən qanunsuz olaraq rüşvət almağa təhrik etməkdir. Əslində MMC-nin vəzifəsi əhliyə xidmət göstərən taksi, avtobus və yükdaşımalarla məşğul olan nəqliyyat vasitələrinin işini tənzimləmək, onlara fərqlənmə nişanı vermək, reysə çıxan nəqliyyat vasitələrinin texniki müyinəsini təşkil etmək və sürücülərin tibbi mayinəsini təşkil etməkdir. Rəis Seyfəl Hacıyev isə öz işçilərini qanunsuz olaraq yola çıxararaq 1 əmasl fərqlənmə nişanına görə əlavə olaraq 15 manat, 1,5 əmsal fərqlənmə nişanına görə 25 manat, 2 əmsal fərqlənmə nişanına görə isə 40 manat "ŞAPKA", yəni rüşvət tələb etməyə təhrik edir. Rəis bu qanunsuz tələbini icra etməkdən boyun qaçıran işçiləri işdən qovmaqla hədələyir. İdarənin rəisi Seyfəl Hacıyev dövlət sənədlərini saxtalaşdıraraq VÖEN-i olmayan (vergi ödəyicisi olmayan) sürücülərin adına başqasının adına olan VÖEN-ə yazaraq sürücülərə fərqlənmə əmsalı verir". Bu sözləri mənimlə söhbətində həmin MMC-nin adının çəkilməsini istəməyən (iş yerlərini itirmək təhlükəsi ilə üzləşmək istəmirlər) işçiləri deyib. Həmin işçilər daha sonra deyir: "
Əhaliyə taksi, avtobus və yükdaşıma xidməti ilə məşğul olan nəqliyyat vasitələrinin fərqlənmə nişanının olub-olmamasını yoxlamaq biz MMC əməkdaşlarının yox, Dövlət başçısının müvafiq sərəncamı ilə Dövlət Yol Polisi əməkdaşları ilə Nəqliyyat Nazirliyinin Dövlət Avtomabil Nəqliyyatı Xidmətinin dövlət qulluqçusu olan əməkdaşları birgə yoxlamalı, müvafiq sənədləri və fərqlənmə nişanı olmayan sürücüləri bizim MMC-yə göndərməli, biz də həmin sürücüləri qanunauyğun şəkildə fərqlənmə nişanı ilə təmin etməliyik. Bizim MMC həmçinin sürücülərin tibbi, nəqliyyat vasitələrinin isə texniki müayinəsini həyata keçirib onlardan əldə edilən vəsaiti Dövlət büdcəsinə ödəməli olduğu halda həmin vəsaitin böyük bir hissəsi (təxminən 90 faizi) rəisin cibinə axır. Əgər rəis Seyfəl Hacıyevin belə qanunsuz hərəkətləri olmasa sürücülərin demək olar ki vergidən yayınma halına rast gəlinməz.
Biz Nəqliyyat Nazirliyinin tabeliyində olan 7 saylı Göyçay Regional Nəqliyyat Xidməti MMC-nin bu qanunsuz hərəkətlərinin toruna düşən sürücüləri xəbərdar edirik ki, bu cür qanunsuzluqla üzləşdikdə ilk növbədə onları saxladıb sənədini tələb edən əməkdaşın vəsəiqəsini tələb edib baxsın".
İlqar Məhərrəmli hüquq müdafiəçisi \\regionxeberleri.com\\