Ramil Məmmədli: “Bu, Ermənistana ciddi ismarışdır”; Emil Həsənli: “Azərbaycan dövləti hər zaman müharibəyə hazırdır”
Azərbaycan ordusu genişmiqyaslı təlimlərə başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, təlimlər Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən genişmiqyaslı təlimlər martın 11-dən 15-dək davam edəcək. Təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, eləcə də avtomobil və xüsusi texnika, 300-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəşi sistemi və minaatan, 20-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.
Təlimlərdə qoşunlar hücum əməliyyatının hazırlanması, şərti düşmənə bir neçə istiqamətdə zərbə vurulması, onun müdafiəsinin yarılması və qruplaşmalarının darmadağın edilməsi, eləcə də düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərə raket-artilleriya zərbələrinin endirilməsi tapşırıqlarını yerinə yetirir.
Eyni zamanda təlim mərkəzləri və ümumqoşun poliqonlarında müasir silah sistemləri və vasitələrinin tətbiqi ilə döyüş atışları, o cümlədən raket buraxılışları praktiki icra olunur.
Azərbaycan ordusunun uzunmüddətli təlimlərə start verməsi, xüsusilə təlimlərin aprel müharibəsinin üçilliyi ərəfəsinə təsadüf etməsi geniş müzakirələr doğurub. Hərbi ekspertlər bu təlimlərin belə geniş şəkildə keçirilməsinin səbəbləri ilə bağlı fərqli fikirlər səsləndirirlər. Əsas ehtimallardan biri ondan ibarətdir ki, Azərbaycan təcavüzkar Ermənistana növbəti mesajını ünvanlayır.
Hərbi-siyasi icmalçı Ramil Məmmədli Azərbaycan tərəfin müharibəyə hazırlaşdığını düşünür: “Azərbaycan ordusu 2019-cu ilin ilk irimiqyaslı hərbi təlimlərinə başlayıb. Təlimlərdə texnikaların təyinatlarına nəzər yetirdikdə Azərbaycan ordusunun hücuma hazırlaşdığı tam aydın olur. Müdafiə Nazirliyinin rəsmi açıqlamasından da bəlli olur ki, ordumuz təlimdə hücum əməliyyatının hazırlanmasını, düşmənə bir neçə istiqamətdə zərbə vurulmasını, onun müdafiə xəttinin yarılmasını, düşmən ərazisinin dərinliyindəki strateji obyektlərə raket-artilleriya zərbələrinin endirilməsini məşq edəcək. Ümumiyyətlə, Azərbaycan ordusu arsenalına daxil etdiyi silahların texniki xarakteristikası da hücum xarakterlidr. Son illərdə ordunun arsenalına daxil edilən texnikalar isə bu məqamı xüsusilə təsdiqləyir. Demək, Azərbaycan ordusu müharibəyə hazırlaşır. Bu, əslində təbiidir, çünki növbəti vətən müharibəsində Azərbaycan hücum edən tərəf olacaq. Ona görə də ordumuz hücum taktikasını təkmilləşdirir. Elə bu məqam Ermənistana ciddi ismarışdır. Rəsmi Bakı açıq şəkildə hücum etmək niyyətini gizlətmir və bunu Müdafiə Nazirliyinin dilindən rəsmi şəkildə bəyan edir. Müharibənin qaçılmaz olduğunu ermənilər də yaxşı anlayır, amma heç bir erməni Azərbaycan ərazilərini geri qaytarmaq məsuliyyətini öz üzərinə götürmək istəmir. Belə bir vəziyyətdə – ermənilərin ciddi olaraq danışıqlardan yayındığı dövrdə Azərbaycan ordusunun hücum xarakterli hərbi təlimlərə başlamasına da ötəri baxmaq olmaz. Bu, Azərbaycanın Ermənistana bəyan etdiyi açıq mövqeyidir. Düşünürəm ki, vəziyyəti ancaq Ermənistanın danışıqlar masasına oturması və kompromisə getməsini bəyan etməsi yumşalda bilər. Əks təqdirdə, növbəti aprel əməliyyatı qaçılmaz ola bilər”.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emil Həsənli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan ordusunun döyüş hazırlığı hər zaman nəzərə alınır: “Təlimlər müharibə üçün çox vacibdir, xüsusilə müharibə vəziyyətində olan ölkə üçün… Bu təlimlər şübhəsiz ki, həm də mesaj xarakteri daşıyır. Azərbaycan ordusu istənilən vəziyyətdə əməliyyat keçirmək üçün bu cür təlimləri mütəmadi keçirir. İstənilən situasiyaya uyğun ordumuz əməliyyat keçirməyə qadirdir. Hər kəsi Qarabağ məsələsi maraqlandırır və əmin olun ki, silahlı qüvvələrimiz hər an çox qısa zamanda torpaqlarımızı azad etmək gücündədir, hansı fəslin olmasından asılı olmayaraq. 3 il öncəki aprel döyüşləri də göstərdi ki, Azərbaycan ordusunun bu potensialı var. Eyni zamanda yeni silahlar alırıq. Təlimlərdə bu silahlar da sınaqdan keçirilir. Heç kəsə sirr deyil ki, Azərbaycan dünyanın ən qabaqcıl ölkələrindən ən müasir silahlar alır. Eyni zamanda, özümüz də silahlar istehsal edirik. Azərbaycan dövləti hər zaman müharibəyə hazırdır. Ermənistan bu cür təlimlər keçirə bilməz. Çünki təlimlər keçirmək üçün gərək dövlətin güclü iqtisadiyyatı olsun. Eyni zamanda peşəkar nizami orduya da böyük ehtiyac var. Bunların heç biri Ermənistanda yoxdur”.