Fransalı futbol mütəxəssisi Zinəddin Zidan yenidən Madridin “Real” klubunun baş məşqçisi postuna qayıdıb.
“Report” xəbər verir ki, bu barədə “Kral klubu”nun rəsmi saytı məlumat yayıb.
O, Madrid komandası ilə 2022-ci ilin yayına qədər müqavilə imzalayıb. Zidan bu postda Santyaqo Solarini əvəz edib.