"Real"ın ulduzuna 150 milyon təklif: imtina etdilər

"Real"ın futbolçusu Marko Asensioya İngiltərədən təklif gəlib.

Bu barədə futbolçunun meneceri Horasio Qaqqioli açıqlama verib.

"Real" 150 milyon avroluq təklifi rədd etdi. Bunun İngiltərə klublarından birindən gəldiyini deyə bilərəm. Çünki bu məbləği ancaq bir Premyer Liqa klubu ödəyə bilər" deyən menecer həmin klubun adını açıqlamayıb.

Qeyd edək ki, 2015-ci ildə "Malyorka"dan "Real"a 3,5 milyon avroya transfer olunan Asensionun "Real"la 2023-cü ilə qədər müqaviləsi var. "Kral Klubu" 22 yaşlı ulduzunun müqaviləsindəki sərbəst qalma maddəsini 700 milyon avro müəyyənləşdirib.


////Qaynarinfo

Oxşar xəbərlər