Nadir xalq mahnısını qeyri-etik sözlərlə oxuyan ifaçını biabır etdi – VİDEO

Nadir xalq mahnısını qeyri-etik sözlərlə oxuyan ifaçını biabır etdi – VİDEO Müğənni Nadir Qafarzadə sosial şəbəkədə məclislərdən birində oxunan mahnı paylaşıb.

Axşam.az-ın məlumatına görə, mahnını hansı ifaçının səsləndirdiyi məlum olmayıb. Səs-küy yaradan məqam isə o olub ki, “Nargilə” adlı xalq mahnısının sözlərini müğənni oxuyan zaman dəyişdirib və qeyri-etiq ifadələr işlədim. Həmin an isə xanımlar rəqs edib.

Qafarzadə videonu yayımlayaraq “Mahnının sözlərinə diqqət! Azərbaycanlı olmağımla necə fəxr edim? Bəzi köksüzlər, qıjılar, “çuşkalar”, nə günə saldınız Azərbaycanımı? Sizlərə baxanda düşmənə şükür edirəm. Azərbaycanın ən böyük və vəhşi düşmənləri sizsiniz. Allah sizi bizə çox görsün” sözlərini yazıb.

Onun paylaşımına əməkdar artist Nüşabə Ələsgərli “Trendə düşəcək, fikir vermə. Qaymaq az olur həmişə” sözləri ilə münasibət bildirib.

Qafarzadə isə bir saat keçdikdən sonra paylaşımını silib.

Qeyd edək ki, Nadir dəfələrlə sosial şəbəkədə tənqidlər yazıb, bir neçə saat sonra silib.


Oxşar xəbərlər