Hava şəraiti qeyri-sabit keçəcək — XƏBƏRDARLIQ

Hava şəraiti qeyri-sabit keçəcək — XƏBƏRDARLIQ Şənbə günü Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3 dərəcəyə yaxın isti, gündüz 5-8 dərəcə isti, Bakıda gecə 3 dərəcəyə yaxın isti, gündüz 6-8 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında fevralın 9-da arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-5, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək.

Nazirlik xəbərdarlıq edir ki, fevralın 8-i axşamdan 12-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.

Oxşar xəbərlər