Rusiya ilə Şimali Koreya arasındakı münasibətlər Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının tələblərinə uyğun qurulub.
Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Ryabkov qonşu ölkə ilə münasibətlərin həmçinin Rusiyanın daxili qanunvericiliyinin parametrlərinə uyğunluq təşkil etdiyini vurğulayıb.
Qeyd edək ki, ABŞ-ın “Vaşinqton Post” nəşri Rusiyanın Şimali Koreyaya nüvə stansiyası tikmək təklifi etdiyi barədə məlumat yayıb. Bildirilib ki, sözügedən təklif ABŞ-la Şimali Koreyanın münasibətlərini baltalamaq məqsədi daşıyır.