"Şimali Koreya düz yoldadır və həmişə də belə olub".
“Ölkə.Az” xəbər verir ki, bu sözləri Şimali Koreya xarici işlər naziri Lu Yon Xo bildirib. O, BMT-nin baş assambleyasında çıxışı zamanı deyib ki, ölkəsi tutduğu siyasi yoldan çəkilməyəcək.
“Şimali Koreya siyasətini dəyişməyəcək. ABŞ bizim ölkəyə qarşı sanksiyalar tətbiq edib. Bu bizim heç vaxt narahat etməyib. Biz bu sanksiyalara görə siyasətimizdən dönən deyilik”, - deyə nazir bildirib.
Yon Xo əlavə edib ki, Tramp və digərləri Şimali Koreyanın nüvə silahından imtina edəcəyinə ümid belə etməsinlər: “Tramp elə bilir ki, boş-boş danışmaqla bizi qorxuda bilər. Bizim bir qərarımız var. Dövlətimizin təhlükəsizliyini təmin etmək və ABŞ-la eyni gücə sahib olmaq. Buna görə də, biz heç vaxt siyasi yolumuzdan dönməyəcəyik. Tramp isə yolumuzdan çəkilsə yaxşı olar. Bu onun üçün son xəbərdarlıqdır”.