Kim Çen In ABŞ-ı “alov dənizi”nə çevirməklə hədələdi

Kim Çen In ABŞ-ı “alov dənizi”nə çevirməklə hədələdi Şimali Koreya ABŞ-ı yenə hədələyib.

Bu, Şimali Koreyanın Asiya-Sakit okean regionunda sülh üzrə komitəsinin yaydığı bəyanatda əksini tapıb.

Şimali Koreya Mərkəzi Teleqraf Agentliyinin yaydığı bəyanatda bildirilir ki, Şimali Koreya hərbi qüvvələri tam döyüş hazırlığı vəziyyətindədir, ABŞ-ın sanksiya siyasəti və strateji bombardmançı təyyarələrini Koreya yarımadasına göndərməsi nüvə faciəsinə yol aça bilər. Şimali Koreya bu siyasətini davam etdirəcəyi halda ABŞ-ı “alov dənizi”nə çevirməklə hədələyib. Rəsmi Pxenyan növbəti dəfə ABŞ prezidenti Donald Trampı tənqid edib və onu “dəli amerikalı qoca” adlandırıb.
Qeyd edək ki, Şimali Koreyanın raket-nüvə proqramını aktiv inkişaf etdirməsi ilə əlaqədar hazırda Koreya yarımadasında vəziyyət gərgin olaraq qalır. (oxu.az)

Oxşar xəbərlər