Ermənistanın baş naziri Nikol Paşinyanın Sürixdə verdiyi bəyanat ilk baxışda, xoş gələ bilər, ancaq əslində faktiki reallığa ziddir.
Bu haqda Ermənistan Respublika Partiyasının (keçmiş prezident Serj Sarkisyan partiyanın lideridir – red.) mətbuat katibi Eduard Şarmazanov feysbuk səhifəsində yazıb.
“Paşinyanın sözlərinə görə, parlament seçkiləri Ermənistanda demokratik nailiyyətləri möhkəmləndirdi. O, yəqin unudur ki, Ermənistanda ilk dəfə real parlament müxalifəti yoxdur. Milli Məclisin spikerinin 131 səslə seçilməsi buna parlaq sübutdur”, - o qeyd edib.
Şarmazanovun sözlərinə görə, Paşinyan gözlənilən “iqtisadi inqilab” haqqında danışsa da, iqtisadiyyat tədricən çökür.
“Hökumət başçısı Avrasiya İqtisadi İttifaqı çərçivəsində iqtisadi imkanlar haqqında danışır. Bu halda onu unudur ki, 1,5 il əvvəl bu ittifaqdan çıxışı üzrə prosesin təşəbbüskarı idi. Və indi reallıqlar dəyişdi. Paşinyan Ermənistanda sənayeni inkişaf etdirmək istəyir, amma bu halda mədən sənayesini prioritetli sahə hesab etmir. Yəqin, məhz burada misəridən kombinatın bağlanması və 630 əməkdaşının işdən məhrum edilməsinin gizli səbəbi gizlənir. Nəticədə biz növbəti dəfə ciddi proqram deyil, yalnız xeyirxah arzular və ya tostla qarşılaşırıq. Heç də iddia etməyə meylli deyilik ki, Paşinyan iqtisadiyyatın inkişafını arzu etmir. Ancaq arzu etmək başqa, bunu bacarmaq tamamilə başqa məsələdir”, - Ermənistan Respublika Partiyasının mətbuat katibi bildirib.