Paşinyan sözündən qaçdı: bir ayda ikinci dəfə...

Paşinyan sözündən qaçdı: bir ayda ikinci dəfə... Ermənistanda baş nazir səlahiyyətlərini müvəqqəti icra edən Nikol Paşinyan noyabrın 26-dan məzuniyyətə gedəcək.

Teleqraf.com xəbər verir ki, Nikol Paşinyan bu barədə Feysbuk səhifəsində məlumat paylaşıb. O, seçkiqabağı kampaniyada aktiv iştirak üçün məzuniyyətə çıxacağını bildirib.

Qeyd edək ki, Paşinyan daha əvvəl seçkiqabağı kampaniya üçün məzuniyyətə ehtiyac duymadığını söyləsə də, noyabrın ilk günündə qısamüddətli məzuniyyət götürmüş və 5 noyabra qədər Dağlıq Qarabağda qalmışdı.

Oxşar xəbərlər