Suriya Ordusu ölkə səhrasında yerləşən ət-Tənif bölgəsindən yaşayış bölgələrinə sızmaq istəyən iki terrorçu kamikadzeni zərəsizləşdirib.
SalamNews bu barədə SANA-a istinadla məlumat verir.
Bildirilib ki, üzərilərinə bomba bağlamış terrorçular Palmiranın cənubunda təhlükəsiz bölgələrə sızmaq və hücum həyata keçirmək niyyətində olublar.
Lakin qurulan pusqular nəticəsində onlar məhv edilib. Onların üzərindən müxtəlif silah-sursat və partlayıcılar götürülüb. Onlardan birinin tanınmış iraqlı terrorçu İlyas Yunis Həmud əl-Hilal olduğu ortaya çıxıb.
Suriya Ordusu mənbələri bir neçə dəfə iddia edib ki, ət-Tənif bölgəsindən gələn terrorçular burada yerləşən ABŞ qüvvələri tərəfidən göndərilirlər.