“Apple” şirkəti bu ilin birinci rübü üçün öz gəlir proqnozlarını gözdən keçirdikdən sonra yenidən “iPhone” modellərinin istehsalını məhdudlaşdırıb.
Bu barədə “Nikkei” saytı xəbər verib.
Məlumata əsasən, yanvar ayından mart ayında kimi “iPhone” istehsalı 10% məhdudlaşdırılacaq.
Şirkət artıq “iPhone XS”, “iPhone XS Max” və “iPhone XR” modellərinin sifarişlərinin aşağı enməsi barədə istehsalçı şirkətlərə məlumat verib.
Analitiklərin fikrincə bu cür qərar Çində “iPhone” modellərinə tələbatın aşağı səviyyədə olması ilə əlaqəlidir.
Qeyd etmək lazımdır ki, bir müddət öncə şirkətin CEO-su Tim Cook müsahibələrinin birində şirkətin ABŞ ilə Çin arasında olan ticarət müharibəsindən böyük zərər gördüyünü söyləmişdi.