"Apple" şirkəti "iPhone", "iPad" və "Mac" modellərində istifadə edilən "Safari" veb-brauzeri üçün patç hazırlayacaq.
AZTB.info xarici KİV-ə istinadən xəbər verir ki, bu qərar aparıcı çip istehsalçısının hər kompüter cihazını hakerlərin hücumuna həssas edən qüsür haqqında məlumat verməsindən sonra elan edilib.
"Google" şirkətinin nümayəndələri və digər təhlükəsizlik təhqiqatçıları "Intel" şirkətinin çiplərinə təsir edən "Meltdown" adlı qüsür və son 10 il ərzində istehsal edilən bütün kompüter çiplərinə təsir edən "Spectre" adlı qüsür haqqında məlumat yayıblar. Bu xəbər "Intel" şirkətinin səhmlərini aşağı düşməsinə səbəb olub.
Vebsəhifəsində yerləşdirilmiş elanda "Apple" şirkəti bildirib ki, bütün "Mac" və "iOS" əməliyyat sistemindən istifadə edən cihazları həm "Meltdown", həm də "Spectre" qüsurların təsirində ola bilərlər.
Şirkət əlavə edib ki, əməliyyat sisteminin "Mac" kompüterləri, "Apple TV", "iPhone" və "iPad" üçün sonuncu versiyaları "Meltdown" hücumundan qorumaqla yanaşı, cihazların sürətinə heç bir təsir göstərmir.
"Meltdown" qüsuru "Apple Watch" saatlarına təsir göstərmir.
Buna baxmayaraq, "Mac" və "iOS" cihazları "Spectre" hücumlarına həssasdır. Həmin qüsur veb-brauzer vasitəsilə cihaza müdaxilə edə bilər.
"Apple" şirkəti bildirib ki, yaxın günlərdə bu problemi aradan qaldırmaq məqsədilə "Safari" veb-brauzeri üçün xüsusi patç buraxacaq.