Səudiyyə Ərəbistanından olan müxalif jurnalist Camal Qaşıqçının bu ölkənin İstanbuldakı baş konsulluğuna girəndən sonra yoxa çıxması ilə bağlı aparılan araşdırmada yenilik var.
Qaynarinfo xəbər verir ki, bu gün Səudiyyə Ərəbistanından araşdırma aparmaq üçün bir qrup şəxs Türkiyəyə gəlib. Onlar bir qədər əvvəl Türkiyə heyəti ilə baş konsulluq binasına daxil olublar. İki prokurorun da daxil olduğu Türkiyə və Səudiyyə Ərəbistanından olan heyət baş konsulluq binasında araşdırma aparacaq. Hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, “Washington Post” qəzetinin yazarı olan Camal Qaşıqçı oktyabrın 2-də baş konsulluq binasına daxil olub və həmin vaxtdan ondan xəbər alınmayıb. İddialara göə, Camal Qaşıqçı binada öldürülüb. Onun öldürülmə anının səs yazısıın hətta qolundakı “Apple” saatının qeydiyyatına düşdüyü deyilir. Jurnalist baş konsulluğunun binasına daxil olmazdan əvvəl “iPhone” smartfonunu nişanlısına verib və “Apple” saatını səs yazısı rejiminə keçirib. Smartfon jurnalistin qolundakı “Apple Watch” ilə sinxronlaşıb. Nəticədə dindirilmə, işgəncə və qətlin səs yazısı avtomatik olaraq “iPhone” smartfonuna ötürülüb. Sonra “Apple iCloud” proqramına yüklənib.
Səudiyyə Ərəbistanının kəşfiyyat nümayəndələri saatı jurnalistin qolunda gördükdən sonra oradakı məlumatları silməyə cəhd edib. Lakin səs yazılarının bəziləri qorunub. Nəticədə qətlin baş verdiyi və cəsədin hissələrə bölündüyü məlum olub.