2017-ci ilin ən yaxşı smartfonları

2017-ci ilin ən yaxşı smartfonları “Tech Radar” portalının ekspertləri 2017-ci ilin ən yaxşı 15 smartfonunun siyahısını tərtib edib.
Trend məlumatına görə, siyahıya “Samsung Galaxy S8” smartfonu başçılıq edir.
İlk üçlüyə həmçinin “Samsung Galaxy S8 Plus” və “Google Pixel 2” daxil ola bilib. “Apple” şirkətinin smartfonları yalnız 4 və 8-ci yerdə qərarlaşa biliblər. Bunlar müvafiq olaraq “iPhone X” və “iPhone 8 Plus”-dır.

İlk onluqda həmçinin, “Huawei Mate 10 Pro”, “Samsung Galaxy Note 8”,“LG V30”, “LG G6” и “OnePlus 5T” smartfonları yer alıb.

Oxşar xəbərlər