Nikol Paşinyan: “Biz Azərbaycana iki Ramil Səfərovu necə qaytaraq”

Nikol Paşinyan: “Biz Azərbaycana iki Ramil Səfərovu necə qaytaraq” Ermənistan baş naziri Nikol Paşinyan KTMT-nin dekabrın 6-da keçiriləcək zirvə toplantısında qərarların konsensus yolu ilə əldə olunacağını deyib. Bununla Paşinyan həm Belarus, həm də Qazaxıstanla dirəşmək niyyətini büruzə verib.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında onun Belarus lideri ilə bağlı sözlərinə qarşı tərəfin Xarici İşlər Nazirliyi səviyyəsidnə cavab verilməsinə də toxunub. Paşinyan bu məsələdə tərəf-müqabilinin Belarus prezidenti olduğunu və bundan sonra da izahat tələb edəcəyini bildirib.

Jurnalistlərdən biri Paşinyana noyabrın 16-da verdiyi bəyanatdan sonra Azərbaycanla Belarus arasında hərbi əməkdaşlıq barədə memorandum imzalandığını xatırladıb. Cavabında Ermənistan baş naziri Azərbaycana verilən “Polonez”lər haqqında sazişn 3 ay öncə imzalandığını deyib.

“Özü də həmin vaxt KTMT baş katibi Ermənistan nümayəndəsi idi. Biz bu cür sazişləri qınayırıq, hesab edirik ki onlar Ermənistanın maraqlarına və KTMT-nin ruhuna ziddir. Ona görə tərəfdaşlarımızdan öz partnyorlarına, o cümlədən təşkilatın özünə yönəlik hansı öhdəliklər daşıdıqlarına dair aydınlıq gətirilməsini istəyirik. Biz öz öhdəlikərimizə əməl edirik, lakin eyni sözləri bir sıra tərəfdaşımız barədə demək olmur”, – deyə Paşinyan Belarusla Qazaxıstanın bostanına daş atıb.

Bundan başqa, Nikol Paşinyan Azərbaycanla əsirlərin dəyişdirilməsi məsələsi barədə danışıb. O Azərbaycanda terror aktı həyata keçirmək istəyən Karen Kazaryanın müqabilində Şahbaz Quilyev və Dilqəm Əsgərovun azad edilməsi ilə bağlı mətbuatda səslənən iddialara belə cavab verib: “Biz Azərbaycana iki Ramil Səfərovu necə qaytara bilərik”…

Oxşar xəbərlər