Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin texniki müşahidə məntəqələri Astara rayonu Şahağacı kəndi istiqamətində İran İslam Respublikasından Azərbaycana doğru hərəkət etməklə sərhəd sularımıza daxil olan hədəf aşkar edib.
DSX-nın mətbuat mərkəzindən verilən məlumata görə, hadisə noyabrın 4-də, saat 15:25 radələrində qeydə alınıb.
Həmin üzmə vasitəsi qısa müddət ərzində ərazidə dayanıb və İran sularına doğru geri üzüb.
Qeyd olunan koordinatlar dərhal sərhəd gözətçi gəmisi tərəfindən nəzarətə götürülüb. Noyabrın 5-də həmin ərazidə balıq ovu məqsədilə qayıqla dənizə çıxan Astara rayonu Şahağacı sakinləri – 1985-ci il təvəllüdlü Məmmədov Əlibala Dadaş oğlu və 1994-cü il təvəllüdlü Feyruzzadə Elzamin Rafiq oğlu özlərini şübhəli apardıqları üçün sərhəd gözətçi gəmisi tərəfindən saxlanılıb, qayığın dayandığı koordinatlarda suya keçirilən baxış zamanı üç ədəd bağlamada ümumi çəkisi 2 kq 420 qr olan narkotik vasitə aşkarlanaraq götürülüb.
Baş vermiş hadisə ilə bağlı DSX-nin İstintaq-Təhqiqat İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 318.2-ci, 206.3.2-ci, 234.4.1-ci, 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.