Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Dokuz Eylül” Universitetinin açılışında çıxışı zamanı Azərbaycanla münasibətlərə və Türkiyədə SOCAR-ın inşa etdiyi STAR zavodunun açılışına toxunub.
Oxu.Az xəbər verir ki, çıxışında SOCAR-ın İzmirdə inşa etdiyi STAR neft emalı zavodunun açılışını Azərbaycan prezidenti İlham Əliyevlə birgə həyata keçirəcəklərini vurğulayan Ərdoğan 6,5 mlrd. dollar investisiya yatırılmış müəssisənin iki ölkə üçün xeyirli olmasını arzulayıb.
Zavodun Türkiyədə inşasında zəhməti keçənlərə təşəkkür edən Ərdoğan Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Türkiyə və Azərbaycan arasında əlaqələrin dünyada çox az ölkədə və cəmiyyətlərə nəsib olacaq səviyyədə qərar tutduğunu vurğulayan Ərdoğan bildirib:
“Allah birliyimizi, bərabərliyimizi, qardaşlığımızı daim eləsin. İnşallah, irəlidəki dövrdə siyasi, sosial və iqtisadi əlaqələrimizi daha da irəli aparacağıq”.
STAR zavodunun bölgənin və dünyanın rifahına böyük töhfə verəcəyini qeyd edən Ərdoğan onu “bizim cari hesabımızın (ticarət balansı – red.) kəsirini 1,5 mlrd. dollar azaldacaq yatırım” adlandırıb.