əməndən Səudiyyə Ərəbistanı ərazisinə ballistik raket atılıb. Yəməndən Kral Xalid beynəlxalq hava limanına atılan raketlər savaş elanı kimi dəyərləndirilib. Bununla da, ərəb koalisiyası Yəmənlə hava və su əlaqələrini kəsməyə qərar verib. Səudiyyə Ərəbistanından isə bildirilib ki, Yəmənin bu həmləsinin arxasında İran dayanır.
Bu gərginlik regionda müharibəyə səbəb ola bilər. Dünya siyasətçiləri belə düşünürlər. Azərbaycanlı siyasətçilər də məsələyə birmənalı yanaşmırlar. Politoloq Sülhəddin Əkbər “Ölkə.Az”a açıqlamasında bildirib ki, hazırda ərəb ölkələri arasında gərginlik yüksəkdir. Onun sözlərinə görə, bu gərginlik müharibəyə səbəb ola bilər.
“Yəmənlə Səudiyyə Ərəbistanı arasında baş verənlər müharibə səbəbi kimi qiymətləndirilir. Bu müharibə Yəməndə üçüncü tərəf üzərindən açıq şəkildə aparılır. İran Husiləri dəstəklədiyi halda, nəticədə Səudiyyə Ərəbistanı qarşı tərəfi dəstəkləyir. Digər tərəfdən məsələyə ABŞ və İsrail də müdaxilə edir. Bu baxımdan regionda müharibə ehtimalının artdığını demək mümkündür. Əsasən də, üçüncü tərəflər üzərindən müharibənin genişlənəcəyini demək olar”, - deyə S.Əkbər bildirib.