Novruz Məmmədovdan hərbi vəziyyətlə bağlı qərar

Novruz Məmmədovdan hərbi vəziyyətlə bağlı qərar Nazirlər Kabineti “Dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi, onlara sərəncam verilməsi Qaydası”nda dəyişikliklər edib.

Bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, xüsusi təyinatlı telekommunikasiya şəbəkələri qurularkən, onların həm fövqəladə vəziyyətdə və bundan sonra həm də hərbi vəziyyətdə dayanıqlı işləmələri üçün ehtiyat hissələr nəzərdə tutulmalıdır.

Rabitədən istifadə üçün qoyulmuş xüsusi qaydalara hərbi vəziyyətlərdə də riayət olunacaq.

Həmçinin telekommunikasiya operatorları, sülh dövründə əməliyyat şəraitinin mürəkkəbləşdiyi halda və fövqəladə vəziyyətdə, eləcə də bundan sonra hərbi vəziyyətdə xüsusi əhəmiyyətli tədbirlərin və əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə dövlət hakimiyyəti orqanlarının müraciəti əsasında əlavə telekommunikasiya kanallarını və birbaşa xətləri müvəqqəti istifadə üçün müvafiq qaydada ayrılacaqlar.

Oxşar xəbərlər